Accessibility links

Oğul Tramp ilə görüşmüş rusiyalı kəşfiyyat idarəsinin təmsilçisi olub


Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Hərbi Bölməsininin tərəfindən tutulmuş bina. Federal Əmlak İdarəsinin bu binaya olan sahibliyini bərpa etmək üçün məhkəməyə müraciət etmişdi. Məhkəmə prosesi zamanı kəşfiyyat idarəsini Nataliya Veselnitskaya təmsil edirdi.
Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Hərbi Bölməsininin tərəfindən tutulmuş bina. Federal Əmlak İdarəsinin bu binaya olan sahibliyini bərpa etmək üçün məhkəməyə müraciət etmişdi. Məhkəmə prosesi zamanı kəşfiyyat idarəsini Nataliya Veselnitskaya təmsil edirdi.

AP informasiya agentliyinin əldə etdiyi məhkəmə sənədlərinə əsasən cümə günü günü yaydığı məlumatda bildirilir ki, 2016-cı il ABŞ seçki kampaniyası dövrü oğul Donald Tramp ilə görüşmüş rusiyalı hüquqşünas Rusiya kəşfiyyat idarəsinin hərbi bölməsinin təmsilçisi olub.

2011 və 2012-ci illərin sənədləri göstərir ki, Nataliya Veselnitskaya əmlak hüquqları mübahisəsi zamanı Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Hərbi Bölməsininin hüquqi təmsilçisi olub. Həmin zaman məhkəmə hərbi bölmə tərəfindən tutulan bina üzərində sahibliyini bərpa etmək istəyən Federal Əmlak İdarəsinin xeyrinə qərar qəbul etmişdi.

Hələ ki, Veselnitskayadan bu məsələ ilə bağlı şərh almaq mümkün olmayıb.

Prezident Donald Trampın böyük oğlu, kürəkəni və seçki kampaniyasının rəhbəri 2016-cı ilin iyun ayında demokratların namizədi Hillari Klintona zərər vuracaq məlumatlar təqdim edəcəyini söz vermiş Veselnitskaya ilə görüşüblər. Bu görüş Rusiya hökümətinin respublikaçıların prezidentlik kampaniyasına yardımı kimi qiymətləndirilir.

Görüşü təşkil edən şəxsin məlumatların Rusiya baş prokurorundan alındığını bildirsə də, Veselnitskaya Rusiya höküməti ilə hər hansı bağlantılarının olduğunu inkar edib.

XS
SM
MD
LG