Accessibility links

Rusiya Türkiyəyə qarşı sanksiyalar tətbiq edib


Rusiya prezidenti Vladimir Putin Rusiya təyyarəsinin Türkiyə-Suriya sərhədində vurulmasından 4 gün sonra Türkiyəyə qarşı iqtisadi sanksiyaların tətbiq edilməsi haqda sərəncam imzalayıb.

Rusiya liderinin noyabrın 28-i imzaladığı sanksiyalara dair sərəncama əsasən, Türkiyədən Rusiyaya gələn bəzi məhsuallara məhdidyyətlər qoyulması, habelə Rusiya şirkətlərinə türk işçilərin dəvət edimləsi və Rusiyada işləyən türklərin müqavilələrinin uzadılmasının qadağan edilməsi nəzərdə tutulur.

Sənəddə həmçinin Rusiyadan Türkiyəyə bütün çarter uçuşlarının dayandırılmasına və Rusiyanın turizm şirkətlərinin Türkiyədə istirahət üçün turist vəsiqələrinin satışına son qoymasına çağırılır.

Rusiya təyyarənin çərşənbə axşamı günü vurulmasından sonra Türkiyəyə qarşı cavab tədbirləri görəcəyi ilə hədələyirdi. İnsident iki ölkə arasında münasibətlərdə gərginliyin artmasına səbəb olub.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya təyyarəsinin vurulması ilə bağlı təəssüfünü bildirib və deyib ki, ölkə hadisədə həqiqətən də kədər doğurub və o, insidentin baş verməməsini arzu edərdi.

Balıkesirdə tərəfdarları qarşısında danışan Ərdoğan deyib ki, Türkiyə və Rusiya arasında insidentlə bağlı gərginliyin daha da artmayacağına və kədər doğuracaq nəticələrə gətirib çıxarmayacağına ümid edir.

Ərdoğan həmçinin Parisdə Qlobal İqlim Sammitində Rusiya prezidenti Vladimir Putinlə görüş təklifini bir daha təkrar edib.

Rusiya təyyarəsinin vurulmasına qəzəbli reaksiya verən Putin hələ təklifə cavab verməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG