Accessibility links

Rusiya və Türkiyə: Səfirin qətli əlaqələrə təsir etməyəcək


Rusiya xarici işlər naziri Sergey Lavrov və Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu Moskvada səfir Andrey Karlovun portreti önünə çiçək dəstələri qoyur
Rusiya xarici işlər naziri Sergey Lavrov və Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu Moskvada səfir Andrey Karlovun portreti önünə çiçək dəstələri qoyur

Rusiya və Türkiyə prezidentləri Rusiyanın Türkiyədəki səfirinin qətlinin iki ölkə arasında münasibətlərə təsir göstərməyəcəyi məsələsində razılaşıblar.

"Biz cənab Putinlə razılaşmışıq ki, bu hücum Rusiya ilə xüsusilə də Suriya məsələsində genişlənən əməkdaşlığımıza mane olmayacaq"-deyə Ərdoğan bazar ertəsi hücumdan sonra Putinlə telefon söhbətindən sonra bildirib.

Bu gün Moskvada görüşən iki ölkənin xarici işlər naziri Rusiyanın bazar ertəsi günü Ankarada qətlə yetirilmiş səfiri Andrey Karlovun portreti önünə çiçək dəstələri qoyub. Səfiri qətlə yetirən polis işçisi bununla belə görünür, Rusiyanın Suriyaya müdaxiləsinə etirazını bildirib.

Türk hərbçisi Ankarada səfir Karlovun cənazəsinin Rusiyaya göndərilməsi mərasimində
Türk hərbçisi Ankarada səfir Karlovun cənazəsinin Rusiyaya göndərilməsi mərasimində

Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu deyib ki, "Türk xalqı bu itkiyə Rusiya və rus xalqı qədər kədərlənir."

Çavuşoğlu İranın xarici işlər naziri ilə Moskvada Suriyada böhranın müzakirəsinə həsr edilmiş üçtərəfli görüşdə iştirak edir.

Görüşdən sonra açıqlama verən Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya, Türkiyə və İranın xarici işlər nazirləri Suriya hökuməti və üsyançılar arasında razılaşaya nail olmaq üçün vasitəçilik etmək haqda razılıq əldə ediblər.

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov Ankarada “Rusiya türkərin gözləri ilə” adlı foto sərgidə çıxış etdiyi zaman ona qarşı silahlı hücum nəticəsində həlak olub.

Hücumçu Rusiya səfirinə atəş açdıqdan sonra əlində tapança ilə "Allahu əkbər! Hələbi yaddan çıxarmayın. Suriyanı yaddan çıxarmayın!" deyib.

Polis zabiti Mevlut Mert Altintaş Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu Ankarada sərgidə güllə il vurduqdan sonra
Polis zabiti Mevlut Mert Altintaş Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu Ankarada sərgidə güllə il vurduqdan sonra

Hadisə nəticəsində bir neçə nəfər yaralanıb.

Ankara meri Melih Gögçek hücumçunun 22 yaşlı polis zabiti Mevlut Mert Altıntaş olduğunu bildirib.

Rusiya prezidenti Vladimir Putin Ankarada səfir Andrey Karlovun qətlini terror aktı adlandırıb.

“Heç bir şübhə yoxdur ki, törədilmiş cinayət Rusiya-Türkiyə münasibətlərinə və Rusiya, Türkiyə və İranın köməyi ilə həyata keçirilən Suriya sülh prosesinə mane olmaq məqsədi güdən provokasiyadır. Buna cavab olaraq biz terrorizm əleyhinə səylərimizi gücləndirəcəyik və cinayətkarlar bunu qısa zamanda hiss edəcəklər” deyə Putin bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da qətli provokasiya adlandırıb və deyib ki, Türkiyə və Rusiya provokasiyalara uymayacaq möhkəm iradəyə malikdir.

Rusiya və Türkiyə arasında münasibətlər keçən il Türkiyə hərbi təyyarələrinin Suriyadan keçərək ölkənin hava hövzəsini pozmuş Rusiya bombardmançı təyyarəsini vurması ilə bağlı insidentdən sonra tədricən yaxşılaşmağa başlayıb.

Rusiya və Türkiyə rəsmiləri Hələbdə qaçqın böhranının həlli istiqamətində birgə söy göstərir. Böhrana səbəblərdən biri Rusiyanın Suriya üsyançılarına qarşı həyata keçirdiyi hrbi hava hücumlarıdır.

Bu arada, bazar ertəsi Ankara ABŞ səfirtliyi qarşısında atəş açmış bir nəfər həbs edilib. Dövlət Departamentinin rəsmisi hadisə nəticəsinə heç kəsin xəsarət almadığını deyib və Türkiyə rəsmilərinə "vaxtında verilən reaksiyaya" görə təşəkkürünü bildirib.

XS
SM
MD
LG