Cümə günü Kremlin yüksək səviyyəli rəsmisinin köməkçisi Rusiyanın Ukrayna ilə dalana dirənmiş sülh prosesini müzakirə etmək üçün Parisdə keçiriləcək dördtərəfli danışıqlara hazır olduğunu, lakin bu görüş üçün ciddi şərtlərin olduğunu deyib.
Yuri Uşakov jurnalistlərə verdiyi açıqlamada Rusiyanın Fransa prezidenti Emmanuel Makronun təklif etdiyi Rusiya, Ukrayna, Fransa və Almaniya liderləri ilə bir araya gələcək zirvə görüşündə iştirak etməyə hazır olduğunu bildirib.
Moskva danışıqlardan öncə Kyivə qarşı üç əsas şərt irəli sürür.
Lakin Uşakov görüşlə bağlı tarixin hələ müəyyən edilmədiyini və bu görüşdə iştirak etməyə razılıq verməzdən əvvəl Moskvanın üç şərtinin olduğunu deyib.
Onun sözlərinə görə, Ukraynanın şərqindəki rəqib qüvvələr təmas xəttinin hər iki tərəfində çəkilməli, Donbas bölgəsinə xüsusi status verilməli və bu şərtlərlə bağlı veriləcək qərarlar zirvə toplantısından öncə razılaşdırılmalıdır.
Ukrayna qüvvələri 2014-cü ildən bəri 13 mindən çox insanın həyatını itirdiyi ölkənin şərqindəki Donbas bölgəsində rusiyapərəst separatçılarla döyüşür.
Atəşkəs razılaşmasına baxmayaraq, vaxtaşırı insan itkisi ilə nəticələnən toqquşmalar baş verir.
Uşakov sammitin oktyabr ayında keçiriləcəyini istisna etmir.