Accessibility links

Britaniya Rusiyanı Ukraynada termobarik silah sistemləri yerləşdirməkdə ittiham edib


"TOS-1 Buratino" raket sistemi

Britaniya Rusiyanı Ukraynada termobarik silah sistemləri yerləşdirməkdə ittiham edib və Moskvanın qonşusunu işğal etməsindən bir həftə sonra böyük şəhərlərə hücumlarını gücləndirdiyi üçün bunun vurulan zərəri genişləndirə biləcəyi ilə bağlı narahatlıqları artırıb.

"(Rusiya Prezidenti Vladimir Putinin) nə qədər uzağa gedəcəyi, son məqsədinə çatmaq üçün hansı silahlardan istifadə edilməsinə icazə verəcəyi bilinmir. Lakin biz çox sayda artilleriyadan istifadəni gördük. Biz termobarik artilleriya silah sistemlərinin yerləşdirildiyini və bunlardan geniş istifadə oluna biləcəyindən narahatıq” - deyə, Britaniyanın müdafiə naziri Ben Volles martın 3-də NATO müttəfiqi Estoniyaya səfəri zamanı bildirib.

Ukrayna hökuməti və insan haqları qrupları artıq Rusiyanı termobarik silahlardan istifadə etməkdə günahlandırıb. Bəzi hərbi ekspertlər isə deyiblər ki, videogörüntülərdə Rusiyanın bu cür silahları işə sala bilən hərbi texnikasının işğal zamanı Ukraynaya gətirildiyini görmək olub.

Rusiya isə məsələyə münasibət bildirməyib.

Bəzən "vakuum bombaları" adlandırılan termobarik silahların adi bombalardan fərqi ətrafdakı havadan oksigeni soraraq, daha yüksək temperaturda partlayış yaratmasıdır.

Qeyri-qanuni olmasa da, bu silahların istifadəsi mübahisəlidir. Belə ki, onlar oxşar ölçülü adi partlayıcılardan daha dağıdıcıdır.

Birləşmiş Ştatlar həmin silahlardan Vyetnamda və Əfqanıstanda, dağlardakı mağaralarda gizlənən militantları məhv etmək üçün istifadə edib.

Rusiya 1999-cu ildə Çeçenistandakı müharibədə onlardan istifadə edib və buna görə Human Rights Watch tərəfindən qınanılıb.

Rusiya istehsalı olan termobarik silahlarının Suriya vətəndaş müharibəsində Bəşər Əsəd rejimi tərəfindən də istifadə edildiyi bildirilib.

XS
SM
MD
LG