Accessibility links

Ukraynada terrorizm əleyhinə əməliyyatlara yenidən başlanıb


Ukrayna şərqdə Rusiya tərəfdarı separatçılara qarşı Pasxa bayramı ərəfəsində müvəqqəti dayandırılmış atəşkəsi rəsmi şəkildə bərpa edərək, terrorizmə qarşı əməliyyatların yenidən başlandığını bildirib. Rusiya buna cavab olaraq əks tədbirlər görəcəyi ilə təhdid edib.

Baş nazirin birinci müavini Vitali Yarema Kabinet görüşündə müxbirlərə müvafiq tədbirlərin görüləcəyini və nəticələrin qısa müddətdə məlum olacağını bildirib.

Yarema deyib ki, Birləşmiş Ştatlar Ukraynanın Rusiyanın təcavüzü qarşısında mübarizədə tək qalmayacağına dair qarantiyalar verib. O, ABŞ-ın yardımının əhatəli olacağına ümid etdiyini deyib.

Moskvada Rusiyanın Xarici işlər naziri Sergey Lavrov dövlət televiziyası ilə çıxışında deyib ki, Rusiyanın legitim maraqları və ya Ukraynanın rus dilli əhalisi hücuma məruz qaldığı təqdirdə rəsmi Moskva buna cavab olaraq əks tədbirlər görəcək.

O, Rusiyanın cavabının 2008-ci ildə Cənubi Ossetiyada Gürcüstanla qısa müddət davam edən müharibədə olduğu kimi olacağını deyib.

ABŞ-ın vitse-prezidenti Co Bayden Kiyevə iki günlük səfərini Moskvanı vədinə sadiq qalaraq, Ukraynada Rusiya tərəfdarı silahlı separatçılara yardımını dayandırmaq çağırışı ilə başa vurub.

Ukrayna hərbi qüvvələrinin ötən həftə təxminən 10 şəhərdə separatçıları hökumət binalarından çıxarmaq cəhdi boşa çıxıb.

Ötən həftə Ukraynada gərginliyin azaldılmasına dair Cenevrədə imzalanan razılıq heç bir nəticə verməyib və Rusiya tərəfdarlarının geri çəkildiyi də müşahidə edilməyib.
XS
SM
MD
LG