Accessibility links

Separatçılar Ukrayna hərbi təyyarəsinin vurulmasına görə məsuliyyətini öz üzərinə götürüb


Separatçılar Ukraynanın şərqində hərbi təyyarənin vurulmasına görə məsuliyyəti öz üzərinə götürüb. Təyyarədə olan dörd hərbçi isə girov götürülüb.

Rusiyanın İnterfaks xəbər agentliyinin məlumatına görə separatçıların girov götürdükləri ekipaj üzvləri sərhəd şəhəri Krasnodonda olduğunu və onların sorğu-sual edildiyi haqda məlumat verib.

Xəbər agentliyi həmçinin Ukraynanın Müdafiə nazirliyinin məlumatına əsasən təyyarədə səkkiz hərbçinin olduğunu və onların yoxlama məntəqəsindəki hərbçilərə su və ərzaq daşıdığını bildirib.

Ukrayna prezidenti Petro Poroşenko Rusiya zabitlərini üsyançılarla birgə döyüşməkdə günahlandırıb və Ukrayna qüvvələrinə qarşı raket sistemindən istifadə etdiyini deyib.

Ukrayna hökümətinin iyun ayının 30-da müddəti başa çatan sülh sazişini yeniləməyi rədd etməsindən sonra ölkənin şərqində döyüşlər güclənib. Ukrayna qüvvələri Slavyansk şəhəri də daxil olmaqla bir neçə şəhəri separatçılardan azad edib.

XS
SM
MD
LG