Accessibility links

Vladimir Putin Petro Poroşenko ilə müzakirələr keçirib


Rusiya prezidenti Vladimir Putin ukraynalı həmkarı Petro Poroşenko ilə ölkənin şərq regionunda münaqişənin dinc yolla həlli məsələsini müzakirə edib.

Kremlin bildirdiyinə görə, liderlər telefon müzakirəsi zamanı mübahisəli təbii qaz məsələsini də gündəmə gətirib.

Müzakirələr cari həftənin sonunda Milanda təşkil ediləcək görüşdən öncə keçirilib.

ABŞ dövlət katibi Con Kerri Rusiyanın xarici işlər naziri Segey Lavrovla görüşü zamanı Ukraynadakı bütün xarici qüvvələrin ölkəni tərk etməsinə çağırıb.

Rusiya Milan görüşündən əvvəl 17 min əsgərdən ibarət hərbi qüvvəsinin sərhədyanı bölgələrdən çıxarmalıdır.

Rusiya Ukrayna daxilində qüvvələri olduğunu inkar etsə də, separatistlər rus əsgərlərindən yardım aldıqlarını etiraf edib.

Amerika İcmalı

Amerika İcmalı - 23 İyul 2021
please wait

No media source currently available

0:00 0:29:57 0:00
XS
SM
MD
LG