Accessibility links

Rusiya mətbuatı: Poroşenko Putinin sülh planını rədd edib


France D-Day
France D-Day

Rusiya mətbuatının verdiyi məlumata görə, Ukrayna prezidenti Petro Poroşenko Rusiya prezidenti Vladimir Putinin sülh planını rədd edib. Məktub vasitəsilə göndərilmiş planda Ukrayna hərbi qüvvələri və separatçıların ağır silahları dərhal sentyabr ayında əldə edilmiş atəş razılığı ilə nəzərdə tutulan mövqelərə çəkməyə çağırılır.

Lakin Rusiya mətbuatı prezident Putinin sözçüsünün prezident Poroşenkonun planı rədd etdiyi dediyi haqda məlumat verib.

Ukrayna prezidenti hələlik məsələ ilə bağlı şərh verməyib. Cənab Poroşenko keçən həftə Donetsk yaxınlığında Volnovaxada avtobusun mərmi atəşinə tutulması nəticəsində həlak olmuş 13 nəfərin xatirəsini anmaq məqsədilə Kiyevdə yürüşə çıxan minlərlə nümayişçi qarşısında çıxış edib.

Ukrayna hərbi qüvvələri isə Donetsk hava limanının böyük hissəsinin Rusiya tərəfdarı üsyançılardan təmizləndiyini bildirib. Əməliyyat nəticəsində dörd əsgər həlak olub, onlarla əsgər yaralanıb. Böyük dağıntılara məruz qalan hava limanına nəzarətin ələ keçirilməsi üçün aylardır döyüşlər gedir.

XS
SM
MD
LG