Accessibility links

Separatçılarla döyüşdə altı Ukrayna əsgəri həlak olub


Ukraynanın müdafiə naziri ölkənin şərqində Rusiya tərəfdarı üsyançılarla döyüşlər zamanı 6 əsgərin öldüyünü bildirib. Bu gün müxbirlərlə görüşən Andrey Lısenko deyib ki, üsyançıların nəzarətində olan Donetsk bölgəsində 24 saat davam edən döyüşlər zamanı 12 əsgər də yaralanıb.

Associated Press xəbər agentliyi Rusiya tərəfdarı üsyançıların bir döyüşçüsünün öldüyünü, beşinin yaralandığını bildirib.

Bazar ertəsi Rusiya ilə Ukrayna ölkənin şərq bögsindəön cəbhədən ağır silahlarla yanaşı kiçik kalibrli silahların da çıxarılacağı barədə razılıq əldə edib

Rusiya və Ukraynanın xarici ilər nazirləri Berlində alman və fransız həmkarları ilə görüşüb. Almaniyanın xarici işlər naziri Frank-Volter Ştaynmayer ruslar və ukraynalıların atəşkəs razılığının bir hissəsi olaraq, artıq tanklar və raket qurğuları daxil edilməklə, bölgədəki ağır silahı çıxarmalı olduğunu deyib.

XS
SM
MD
LG