Accessibility links

Rusiya və İran Suriyaya yanacaq satmaqda davam edir


Rusiya və İran hərbi tanklar da daxil edilməklə, ağır texnikanın işlədilməsi üçün Suriyaya yardım məqsədi ilə yanacaq satır ki, bu, Qərbin Dəməşqə qarşı həyata keçirdiyi sanksiyaların təsirini azaldır. Moskvanın Suriya hökumətinin hücumları və zorakılıqları dayandırması barədə beynəlxalq tələbləri dəstəkləməsinə baxmayaraq, Rusiya ötən qış fəslində bu ölkəyə qaz və dizel yanacağı satmaqda davam edib. Rusiyanın Suriyanı bu ay da yanacaqla təchiz etdiyi deyilir. Rusiya və İran Qərbin bu sahədə ticarət qadağalarına imza atmadıqlarına görə onların bu hərəkətləri qanuni sayılır. Moskva qadağaları bütün ölkələrə şamil edəcək BMT Təhlükəsizlik Şurasının qətnaməsinə veto qoyub.

XS
SM
MD
LG