Accessibility links

Suriyada məscid yaxınlığında güclü partlayış olub


Suriya dövlət televiziyasının məlumatına görə, bu gün paytaxt Dəməşqin mərkəzində ən azı 2 güclü bomba partlayışı 5 nəfərin həyatına son qoyub. Beynəlxalq ictimaiyyət isə Suriyada atəşkəsin pozulmasından narahatdır.

Fəallar deyir ki, partlayışlardan biri hökumət əleyhdarı nümayişçilərinin cümə namazı üçün toplaşdığı məscidin yaxınlığında baş verib. Hökumət hücuma görə "terrorçuları" günahkar bilərək, hadisənin intiharçı hücumu olduğunu deyib.

Digər bir partlayış isə sənaye şəhərciyində baş verib.

Hücumlar Suriyanın ABŞ, BMT-nin yüksək rəsmiləri və Avropa Birliyi tərəfindən sərt tənqidlərə məruz qalmasından sonra həyata keçirilib. Onların açıqlamasında deyilir ki, Suriya hökuməti beynəlxalq atəşkəs razılığının şərtlərinə əməl etmir. Razılıq bu ayın əvvəli əldə edilmişdi.

Bu gün cümə namazından sonra Dəməşq və digər şəhərlərdə hökumət əleyhinə nümayişlər keçirilməsi planlaşdırılmışdı.

BMT müşahidəçilər yenidən hökumət qüvvələri ilə üsyançılar arasındakı qarşıdurmaların qızışdığı şəhərlərə yola düşüb.

XS
SM
MD
LG