Rusiya və İsrail hərbi əməkdaşlığa dair razılıq imzaladıqlarını bildiriblər.Rusiya müdafiə naziri Anatoli Serdyukov və İsrailin müdafiə naziri Ehud Barak bu gün Moskvada görüş keçiriblər. Görüşün detalları barədə məlumat verilməyib.Rusiya mətbuatı Serdyukova istinadən bildirib ki, razılıq iki ölkə arasında ikitərəfli münasibətləri inkişaf etdirməyə kömək edəcək.Serdyukov eyni zamanda, Rusiya silahlı qüvvələrini müasirləşdirmək üçün Rusiyaya İsrail silahlı qüvvələrindən təcrübə və bilik əldə etməyin mühüm olduğunu bildirib.Müdafiə naziri deyib ki,Rusiya İsraildən artıq 12 pilotsuz təyyarə alıb və onları idarə etmək üçün 50 xidmət işçisinə təlim keçilir.İsrailin müdafiə naziri eyni zamanda Serdyukovu İsrailə dəvət edib.İsrail Rusiyanın Suriya və İranla əvvəlki hərbi razılaşmalarından narahat idi.
Rusiya İsraildən artıq 12 pilotsuz təyyarə alıb