Accessibility links

Kreml: Rusiya Venesueladan hərbi heyətini çıxarmayıb


İyunun 4-də Kreml ABŞ Prezidenti Donald Trampın bəyanatına zidd açıqlama verib, Venesueladakı hərbi heyət barədə ona rəsmi informasiya vermədiyini bildirib. Rusiya sosialist prezident Nikolas Maduro hökumətilə “əməkdaşlığı” davam etdirir.

Londonda səfərdə olan Tramp iyunun 3-də Twitter-də yazıb ki, Rusiya Venesueladakı “adamlarının çoxunu” çıxarıb, ancaq əlavə bilgi verməyib.

Kremlin sözçüsü Dmitri Peskov isə jurnalistlərə deyib ki, Rusiya bu məsələ ilə bağlı Tramp ilə əlaqə saxlamayıb. Peskovun sözlərinə görə, Trampın informasiyasının Rusiya rəsmilərinin artıq təkzib etdiyi qəzetlərdən, yaxud başqa mənbələrdən qaynaqlandığı görünür.

Kremlin sözçüsü Rusiyanın hərbi müşavirlərinin hələ də Venesuelada işlədiyini, “bu prosesin plan üzrə getdiyini” bildirib.

Rusiyanın Venesuelada hərbi qüvvələrinə təlim və silah müqavilələləri ilə bağlı məsləhət verən müdafiə kontrakt şirkəti Rostek Venesuelada personalının sayını Moskva və Karakas arasında əməkdaşlığın yüksək səviyyədə olduğu zaman min nəfərdən kəskin şəkildə azaldıb. Bu haqda Wall Street Journal qəzeti Rusiya müdafiə nazirliyində adının açıqlanmadığı mənbəyə istinadən məlumat verib.

Tramp martda Rusiyanı Venesueladan “çıxmağa” çağırmışdı. Bu çağırış Moskva həmin ölkəyə 100 hərbçi yerləşdirəndən sonra səslənmişdi.

Yanvarda müxalifət lideri Xuan Quaido özünü müvəqqəti prezident elan edib. Onu Birləşmiş Ştatlar daxil olmaqla, 50-dən artıq ölkə dəstəkləyir. Rusiya və Çin isə Maduronun tərəfindədir.

XS
SM
MD
LG