Accessibility links

Sibirdə neft işçilərini daşıyan vertolyot qəzaya uğrayıb


Rusiyanın aviasiya agentliyinin bildirdiyinə görə, Sibirdə neft işçilərini daşıyan vertolyotun qəzaya uğraması nəticəsində 19 adam həlak olub.

Russia rəsmiləri Vankordan Starıy Yrenqoya istiqamət alan Mİ-8 vertolyounda 22 adam olduğunu bildirib.

İlkin təhqiqata görə, 3 ekipaj üzvü və 16 sərnişin hadisə yerində ölüb. Duman və görüntünün zəif olması səbəbi ilə vertolyotun aşkar edilməsi saatlarla vaxt aparıb.

Xilasediçilər yanı üstə düşən vertolyotdan 3 nəfəri çıxarmağa nail olub. Onların həyati təhlükəsi olmayan xəsarətlər aldığı deyilir.

Rusiyanın mülki aviasiya rəsmiləri istintaqa göstəriş verib. Lakin ilkin təxminlərə görə, qəzaya hava şəraiti səbəb olub.

Russia prezidenti Vladimir Putin həlak olanların ailə üzvlərinə başsağlığı verib.

XS
SM
MD
LG