Accessibility links

Rusiyada 9000, Ermənistanda 766, Gürcüstanda 1 yoluxma


Rusiyada

Son məlumata görə, Rusiyada bir gündə koronavirusa yoluxanların sayı 9 min nəfərə çatıb. Sutkalıq yoluxmanın 1956-sı paytaxt Moskvada qeydə alınıb.

Pandemiya başlayandan bu günə qədər Rusiyada virusa yoluxanların sayı 470 minə yaxınlaşdığı, onlardan 227 minə yaxınının sağaldığı xəbər verilir.

Açıqlanan məlumatlarda qeyd edilir ki, virusa yoluxanların təxminən 1 faizdən çoxu vəfat edib ki, bu da 5 min 859 nəfər təşkil edir. Son sutkada ölənlərin sayı isə 134 nəfər olub. İyunun 6-a olan digər bir məlumata görə, Rusiyanın Sankt-Peterburq şəhərində təcili tibbi yardımda çalışan həkimlərin 5 nəfərindən biri virusa yoluxub. Milli Tibbi Araşdırmalar Mərkəzinin məlumatına görə, koronavirusa yoluxan həkimlərin sayı 3 min nəfəri keçib.

Ermənistanda...

Ermənistanda açıqlanan rəsmi məlumata görə, son sutkada ölkə üzrə virusa yoluxanların sayı 766 nəfər olub, 10 nəfərsə ölüb. Rəsmi məlumatlarda vurğulanır ki, pandemiya başlayandan bəri COVİD -19-dan ölənlərin sayı 200-ə çatıb.

Səhiyyə nazirliyinin məlumatına görə, pandemiya dövründə xəstəxanada yatan 72 nəfər isə digər səbəblərdən ölüb.

Gürcüstanda...

Qonşu Gürcüstanında son sutka ərzində 1 nəfər koronavirusa yoluxub, 11 nəfərsə sağalıb. Bu rəqəmlər Gürcüstanın rəsmi qurumlarının açlqladığı məlumatlarda yer alıb.

Qeyd olunur ki, fevralın 26-dan iyunun 7-dək Gürcüstanda 809 nəfər koronavirusa yoluxma halı qeydə alınıb, ölənlərin sayı isə 13 nəfərə çatıb.

XS
SM
MD
LG