Accessibility links

Vladivostok sammiti işini başa vurub


Rusiyanın Vladivostok şəhərində keçirilən Asiya-Sakit Okeanı ölkələrinin ikigünlük sammiti işini başa vurub.

21 üzvlü APEC-in sammitində çıxış edən ABŞ dövlət katibi Hillari Klinton deyib ki, ABŞ təkcə diplomatik və hərbi qabiliyyəti ilə deyil, iqtisadi qüdrəti ilə tatınan Sakit okeanı hövzəsi ölkəsidir. O deyib ki, bizim artmaqda olan asılılığımız onu göstərir ki, XXI əsrin tarixi Asiyada yazılacaq.

Rusiyanın Ümumdünta Ticarət Təşkilatına üzvlüyünə toxunan dövlət katibi bunun həm Rusiya, həm ABŞ, həm də dünya iqtisadiyyatı üçün önəmli olduğunu bildirib. Görüş iştirakçıları Avropada borc böhranının həllinə yardım məqsədi ilə “yaşıl texnologiya” idxalı tariflərinin azaldılması barədə razılıq əldə edib.

Rusiya və ABŞ arasında Antarktidada əməkdaşlıq sahəsində memorandum imzalanıb. Меморандум davamlı məsləhətləşmələr, elmi əməkdaşlığın genişləndirilməsi, ətraf mühitin mühafizəsi və Antarktidanın demilitarizasiyası sazişinin şərtlərinə əməl edilməsini nəzərdə tutur.

Rusiya prezidenti Vladimir Putin sammit zamanı Rusiyanın nəqliyyta infrastrukturunun inkişafından danışıb, Asiyaya ixracatın artırılmasının vacubliyini vurğulayıb.
XS
SM
MD
LG