Accessibility links

Xabarovsk vilayətinin qubernatoruna qarşı qətl ittihamı irəli sürülüb


Rusiyanın təhlükəsizlik qüvvələri cümə axşamı 2018-ci ildə ölkənin Uzaq Şərqindəki seçkilərlə bağlı hakim partiyaya etirazını bildirən və 15 il əvvəl bir neçə sahibkarın qətlini təşkil etməkdə ittiham edilən qubernatoru həbs edib.

Özünü Federal Təhqitqat Bürosunun (FTB) rus versiyası kimi göstərən İstintaq Komitəsinin yayımladığı görüntülərdə kamuflyajda və maskada olan agentlərin Xabarovsk vilayətinin qubernatoru Sergey Furqalı avtomobilindən çıxararaq, mikroavtobusa mindirdiyi göstərilib.

Agentliyin verdiyi açıqlamada Furqala qarşı qısa bir zamanda ittiham irəli sürüləcəyi bildirilib. 2004-2005-ci illərdə baş vermiş qətl hadisələri də daxil olmqla, Furqala qarşı irəli sürülən itthamlar təsdiqlənərsə, o, ömürlük həbs cəzası ilə üzləşə bilər.

Agentlik cinayətlərlə bağlı ətraflı məlumat verməsə də, mütəşəkkil cinayətkar dəstənin dörd üzvünün artıq həbs edildiyini və cinayətlərdə iştirak edən həmin şəxslərin Furqala qarşı dəlilllər təqdim etdiklərini bildirib.

Furqalın vəkilindən şərh almaq mümkün olmayıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG