Accessibility links

Xabarovskdaskı ictimai qəzəb getdikcə prezident Putinə yönəlir


Xabarovskdaskı ictimai qəzəb getdikcə prezident Putinə yönəlir
please wait

No media source currently available

0:00 0:02:44 0:00

Xabarovskdaskı ictimai qəzəb getdikcə prezident Putinə yönəlir

Son bir aydır Rusiyanın Uzaq Şərq bölgəsini etirazlar bürüyüb. Orada yerli əhali populyar qubernatorun həbsinə etiraz edirlər. Çarlz Maynesin Moskvadan bildirdiyinə görə, ictimai qəzəb getdikcə prezident Vladimir Putinə yönəlir.

Həftələrdir insanlar Xabarovsk şəhərinin küçələrində yürüşlərə davam edirlər. Nümayişçilər cəmiyyətin ümumi bir məqsədinin olduğunu deyir. "Azadlıq, azadlıq, azadlıq ...Eşitdiyiniz, insanların hər dəfə söylədiyi söz azadlıqdır."

Azadlıq şüarları bölgənin populyar yerli qubernatoru Sergey Furqal üçündür.Furqal Kremlin istəmədiyi bir namizəd olaraq yüksək vəzifəyə seçilən nadir siyasətçilərdən biri olan Furqal keçən ay federal təhlükəsizlik agentləri tərəfindən həbs edilib.

Rusiyanın istintaq komitəsi Furqalı 15 il əvvəl baş vermiş qətl hadisələri ilə əlaqəsi olduğunu bildirir. Furqal hazırda Moskva həbsxanasında məhkəməni gözləyir.

Xabarovskdakı siyasi müşahidəçiləri isə belə bir sual maraqlandırır - niyə məhz indi? Siyasi təhlilçi Yevgeniy Çadayev "Niyə bu məsələyə daha öncə baxmadılar? Təhlükəsizlik xidmətləri bununla niyə indi maraqlanır? Bu, nə keçən il, nə də bir il əvvəl baş verib, söhbət 15 il əvvəl baş verənlərdən gedir."

Furqalın həbsi koronavirus pandemiyasına baxmayaraq, uzun müddətdir Rusiyaya liderlik edən Vladimir Putinin növbəti on ildə hakimiyyətdə qalmasına yol açan ümummilli konstitusiya referendumundan sonraya təsadüf edib.

Səslərin saxtalaşdırıldığına dair iddialara baxmayaraq, konstitusiyaya dəyişklik səs çoxluğu qəbul edilib. Furqalın regionundan gələn nəticələr isə regionda Rusiya liderinə dəstəyin az olduğunu göstərib.

Putin Furqalın həbsindən sonra onun rəhbərliyinə inamını itirdiyini deyib və regionu idarə etmək üçün bölgə ilə tanış olmayan Mixayil Deqtyaryovu namizəd göstərib. “Mənim sənin üçün bir işim var. Məsuliyyətli və vacib bir iş."

Amma Xabarovsk sakinləri deyir ki, Putin onların seçdiyi qubernatoru vəzifəsindən kənarlaşdıra bilməz. "Əgər siz bizim qubernatora etibar etmirsinizsə, deməli biz də sizə etibar etmirik. Cavab budur” - deyə, etirazçı Vitaliy Blajeviç bildirir.

Furqalın tərəfdarlarının qəzəbini getdikcə prezident Putinə yönəltməsi Rusiyanın kövrək federalizmi, idarəçiliyi və geniş bir ərazidə idarəetmə üslubu ilə bağlı suallar doğurur.

XS
SM
MD
LG