Accessibility links

Rusiya-Yaponiya müzakirələri başa çatıb


Yaponiyanın baş naziri Şinzo Abe və Rusiya prezidenti Vladimir Putin ikigünlük danışıqları heç bir həlleedici nəticə əldə etmədən başa vurub. Bu məsələrdən biri İkinci Dünya Müharibəsi zamanı ölkələr arasında yaranan ərazi mübahisələridir.

Yaponiya ilə Rusiya arasında indiyədək rəsmi sülh sazişi imzalanmayıb.

Ölkə başçılarının müzakirələri Tokioda keçirilib.

Paytaxtda sammitə etiraz edənlərin aksiyalarına yol verilməyib. Nümayişçilər Rusiyanın Kuril adalarını qaytarmasını tələb edir.

Müharibənin sonunda Sovet qüvvələri tərəfindən ələ keçirilən adalardan 17 min yapon qaçmağa məcbur olub.

Ölkələr arasında müharibədən sonra adalarla bağlı mübahisələrə görə sülh sazişi əldə edilməyib.

Yaponlar adaların geri qaytarılmasını tələb edir.
Yaponlar adaların geri qaytarılmasını tələb edir.

Liderlər mümkün sülh sazişi və iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələsini müzakirə edib.

Görüşdən sonra təşkil edilən mətbuat konfransında Abe deyib ki, etimad olmadan məqsədə nail oluna bilməz.

Rusiya və Yaponiyanın dövlət başçıları bu gün əsasən enerji sahəsi olmaqla, 268 sənədə imza atıb.

Şərhlərə bax (1)

Bu forum qapanıb
XS
SM
MD
LG