Accessibility links

Nümayəndələr Palatası Rusiyanın Böyük Yeddiliyə dönməsini rədd edən qətnamə qəbul edib


ABŞ Konqresinin Nümayəndələr Palatasında Rusiyanın Böyük Yeddiliyin sammitlərində iştirakını rədd edən qətnamə qəbul edilib. Demokratların əksəriyyət təşkil etdiyi palatada sənəd 339 lehinə, 71 əleyhinə səslə təsdiq edilib.

Qətnamə demokrat nümayəndə Albio Siris tərəfindən təqdim edilib. O, Rusiyanın “yeddiliyə” yenidən qoşulmasını məqsədəuyğun hesab etmədiyini bildirib.

Rusiya Böyük Yeddilikdən 2014-cü ildə Ukraynanın Krım yarımadasının ilhaqından sonra çıxarılıb.

Qətnamədə bir daha Ukraynaya ABŞ tərəfindən dəstək bildirilib, Krımın ilhaqı qınanılıb.

Sənəddə Kremlin ABŞ və quruma üzv olan digər dünya ölkələrinin demokratik icmalarına hücumları pislənib.

Qanunvericilər Böyük Yeddiliyin liderlərini Krım da daxil edilməklə, Ukraynanın işğalına son qoyulmayınca, Rusiyanın quruma qəbuluna yol verməməyə çağırıb.

“Prezident Trampın Putini gələn il Böyük Yeddiliyin sammitinə dəvət edəcəyini bildirməsindən sonra palata Rusiyanın quruma qayıtmasının tam əleyhinədir” , Siris bildirib.

2018-ci ildə Kanada sammitinin iştirakçıları Donald Trampın Rusiyanı “Böyük yeddilər”ə qaytarmaq təklifini qəbul etmmişdi.

ABŞ prezidenti demişdi ki, Böyük Yeddilik (G7) ölkələri Rusiyanın qrupa qayıtmasına imkan verməlidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG