Türkiyə F-16-ları Suriya sərhədindəki Rusiya hərbi təyyarəsini vurub. Təsmi Ankara təyyarənin hava sərhədini pozduğunu bildirsə də, Moskva təkidlə israr edir ki, təyyarə heç zaman Suriya ərazisindən kənara çıxmayıb.
Hadisəyə istinad edən Rusiya prezidenti Vladimir Putin Türkiyəni Rusiyanı "arxadan bıçaqlamaqda" və İŞİD də daxil olmaqla terrorizmi dəstəkləməkdə ittiham edib. O, təyyarəni Türkiyənin F-16-larının vurduğunu təsdiq edib.
ABŞ Müdafiə nazirliyinin sözçüsü Türkiyə pilotlarının Rusiyaya təayyarəsinə dəfələrlə xəbərdarlıq etdiklərini və cavab almadıqlarını təsdiq edib. Bununla belə, sözçü deyib ki, Rusiya təyyarəsinin sərhədin hansı tərəfində uçduğu dərhal aydın olmayıb.
Türkiyə ordu rəsmilərinin bildirdiyinə görə, F-16-lar təyyarə ölkənin hava sərhədlərini pozandan və 10-a yaxın xəbərdarlığa məhəl qoymayandan sonra onu vurub.
Hadisə yerindən çəkilmiş video göstərir ki, iki pilotun paraşütlə havada olduğunu göstərib. Ancaq Suriyanın yaraqlı qrupu öldüyü deyilən pilotlardan birinin videosunu yayıb. Rusiya pilotların təyyarəni tərk etdiyini, ancaq aqibətlərinin bəlli olmadığını bildirib.
İnsidenti müzakirə etmək üçün NATO bu gün fövqəladə toplantı keçirməyi planlaşdırır.
-----------------
Noyabrın 14-də Türkiyə-Suriya sərhəddi yaxınlığında Rusiyanın Cy-24 bombardmançı təyyarəsi vurulub. Rusiyanın Müdafiə Nazirliyi xəbəri təsdiqləyib.
Türkiyənin Haberturk TV telekanalı dağlara çırpılan təyyarənin alov içində olduğunu göstərib. Pilotlar katapultasiya ediblər.
Röyter agentliyi adı çəkilməyən türk hərbçisindən sitat gətirərək bildirib ki, təyyarə Türkiyənin hava məkanını pozduqdan və xəbərdarlığa məhəl qoymadıqdan sonra bu ölkənin F-16 qırıcıları tərəfindən vurulub.
Qeyd edək ki, təyyarə etnik türklərin yaşadığı əraziləri bombalayıb. Türkiyə hakimiyyəti Moskvanı bunu etməmək barədə xəbərdar etmişdi.
Türkiyənin baş naziri Əhməd Davudoğlu xarici işlər nazirinə göstəriş verib ki, Suriya ilə sərhəddə son hadisələrlə bağlı NATO və BMT ilə məsləhətləşmələr aparsın.