Accessibility links

Beynəlxalq Olimpiya Komitəsi Soçi Olimpiadasında təhlükəsizliyin təmin ediləcəyinə inanır


Beynəlxalq Olimpiya Komitəsi Volqoqradda 30 adamın ölümlə nəticələnmiş terror hücumuna baxmayaraq, Soçidə Qış Olimpiya oyunlarında təhlükəsizliyin təmin edildiyi şəraitdə keçəcəyinə inandığını bildirib.

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Rusiya prezidenti Vladimir Putinə yazdığı məktuda Volqoqradda terror hücumları ilə əlaqədar başsağlığı bildirib və Olimpiya oyunlarında idmançılar və bütün iştirakçıların təhlükəsizliyinin təmin ediləcəyinə inandığını ifadə edib.

İntiharçı hücumunun həyata keçirildiyi Volqoqrad 2014-cü il Qış Olimpiya Oyunlarına ev sahibliyi edəcək Soçidən 650 kilometr şimal-şərqdə yerləşir. Trolleybusda intiharçı hücumu Volqoqrad dəmiryolu vağzalında partlayışdan bir gün sonra həyata keçirilib.
Hücuma görə məsuliyyəti öz üzərinə götürən olmayıb. Lakin Şimali Qafqaz regionunda islamçı üsyançılar son illər Rusiyada ictimai nəqliyyatda buna bənzər hücumlar həyata keçiriblər.

Vaşinqtonda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində Rusiya və Avrasiya proqramlarının direktoru Endrü Kuçins:”Soçi əslində blokadaya alınıb. Burada təhlükəsizliyi pozmaq asan olmayacaq. Buna görə də ayrı-ayrı şəxslər və qrupların Rusiyanın başqa yerlərində terror aktları həyata keçirmək strategiyasını müşahidə edirik.”

Endrü Kuçins Volqoqradda baş verənlərə görə qorxu hissinin yayıla biləcəyini qabaqcadan söyləyir: ”Ölkədə artıq terror dəhşətinin yayıldığının şahidiyik. İndi və oyunlara qədər qeyri-sabit və təhlükəli bir vaxt olacağından qorxuram.”

Prezident Vladimir Pution Rusiyanın əks-terror idarəsinə Volqoqrad və ölkənin hər yerində təhlükəsizliyin gücləndirilməsinə dair tapşırıq verib.
XS
SM
MD
LG