Rusiya rəsmiləri bildirib ki, cümə günü Moskva şəhərinin şərqində dəmiryolunu keçmək istəyən avtobusla qatar toqquşub. Hadisə nəticəsində əksəriyyəti Özbəkistandan olmaqla 19 nəfər həyatını itirib.
Kütləvi informasiya vasitələrindən verilən məlumata görə, avtobus sürücüsü dəmiryolunun kəsişməsində qırmızı işıq xəbərdarlığına əhəmiyət verməyərək avtobusu Vladimir ərazisindən keçən qatar xəttinin üzərində saxlayıb.
Qatar avtobusla toqquşmazdan öncə bəzi sərnişinlər avtobusdan tullanmağa çalışıb. Bir neçə nəfər yaralanıb. Qəzanın səbəbləri araşdırılır.