Accessibility links

Rusiyada terrorizmlə mübarizə səylərinin koordinasiyası məqsədilə zirvə toplantısı keçirilir


Sammitdə Pakistan, Əfqanıstan və Tacikistan prezidentləri iştirak edir

Terrorizm və regional narkotik qaçaqmalçılığı ilə mübarizə səylərinin koordinasiyası məqsədi ilə Pakistan, Əfqanıstan və Tacikistan prezidentlərinin qatıldığı sammitə Rusiya ev sahibliyi edir. Bu gün öz işinə başlayan zirvə görüşündən öncə Rusiya prezidenti Dmitri Medvedyev pakistanlı həmkarı Asif Əli Zərdari və Əfqanıstan dövlət başçısı Həmid Karzayla təkbətək görüş keçirib. Əfqanıstanla həmsərhəd olan Tacikistanın prezident İmaməli Rəhman da görüşə qatılıb. Sammit cənab Zərdari ilə Cənab Karzayın nadir birbaşa görüşlərindəndir. Kabil hökuməti dəfələrlə Pakistanın güclü kəşfiyyat agentliyini Talibanı dəstəkləməkdə ittiham edib. Pakistan bu iddiaları sərt şəkildə rədd edir.

XS
SM
MD
LG