Accessibility links

Rusiyada təyyarə qəzaya uğrayıb [Yenilənib - Video]


Qəzaya uğrayan təyyarənin məxsus olduğu FlyDubai şirkəti bildirib ki, sərnişinlərin 33-ü qadın, 18-i kişi və 4-nün uşaq olduğu müəyyənləşdirilib.

Dubay mediasında yayılan məlumatlara görə isə, hadisə qurbanlarının 44-ü rus, 8-i ukraynalı, 2-si hindistanlı və biri Özbəkistan vətəndaşı olub. İlkin məlumatlarda isə sərnişinlərin hamısının rus olduğu bildirilirdi.

***

Dubaydan Rostov-no-Dona uçan sərnişin təyyarəsi Rusiyada qəzaya uğrayıb.

Eniş zolağına birinci dəfədən enə bilməyən təyyarə ikinci cəhd edərkən yerə çırpılıb və partlayış baş verib.

İlkin məlumatlara görə, qəzaya səbəb pilotun səhvi, və ya pis hava şəraiti olub.

Qəzaya uğrayan “flydubai” aviaşirkətinə məxsus təyyarədə ekipaj üzvləri daxil olmaqla 62 nəfər həlak olub.

"Boeing 737-800" sərnişin təyyarəsinin iki "qara qutu"sundan əvvəlcə biri, daha sonra isə ikincisi də aşkarlanıb.

Sonrada açıqlanan məlumatda deyilir ki, pilot təyyarəni iki dəfə deyil, üç dəfə endirməyə cəhd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG