Accessibility links

Rusiyadakı milli-etnik problem Azərbaycana ciddi təsir etməyəcək


Rusiyadakı milli-etnik problem Azərbaycana ciddi təsir etməyəcək
Rusiyadakı milli-etnik problem Azərbaycana ciddi təsir etməyəcək

Politoloq hesab edir ki, Rusiyada milli-etnik qarşıdurmada qərb maraqlı deyil. Qərb dövlətləri Rusiya ilə tərəfdaşlıq mövqeyindən çıxış edir

Rusiyada dərinləşməkdə olan millətlərarası gərginlik Azərbaycanda daxili siyasi vəziyyətə ciddi təsir etməyəcək. Bu barədə Rusiyadakı milli-etnik qarşıdurma ilə bağlı

“Amerikanın səsi” radiosuna müsahibəsində Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bildirib.

Onun fikrincə, yalnız Moskvanın Manej meydanında deyil, Kabardin-Balkar Respublikasında, bütünlükdə Şimali Qafqazda destruktiv qüvvələrin son əməlləri rejimin sərtləşdirilməsi zərurətini aktuallaşdıra bilər. “Əvvəllər Moskva milisi keçmiş SSRİ respublikalarından olan qanunsuz miqrantları sıxışdırırdısa, indi xoşlarına gəlməyən hər kəsi sıxışdırmaq üçün əllərinə bəhanə düşüb. Buna görə, yaxın zamanda Rusiyadan miqrant axını gözləmək olar”, - deyə o qeyd edib.

Politoloq hesab edir ki, Rusiyadakı milli-etnik qarşıdurma Şimali Qafqaz Respublikasında yaşayan insanların Bakıya ticarət marağını artıracaq. “Bir neçə il əvvəl Azərbaycan əsilli bir rusiyalı sahibkar Bakının hüdudlarından kənarda BƏƏ, Türkiyə və digər ölkələrdən gətirilən malların topdan satışı ilə məşğul olan iri bazar tikməyə çalışdı. Layihə müxtəlif səbəblərdən həyata keçirilmədi. Lakin bu gün ölkənin şimal iqtisadi bölgəsində (Xaçmaz, Quba və Qusar rayonları) bu layihəni reallaşdırmağa başlamaq olar. Bu, minlərlə ölkə vətəndaşını işlə təmin etməyə, RF-nin cənubundakı bazarları malla təmin etməyə imkan verərdi. Bu eyni zamanda, Rusiyada vəziyyətin stabilləşməsinə kömək edərdi”.
Rusiyadakı son hadisələrdə «Qərbin əlinə» gəlincə, cənab Musabəyov bunu ciddi hesab etmir. “Nə Vaşinqtona, nə Avropa paytaxtlarına dünyanın ən böyük ölkəsinin «əsəblərini oynatmaq» sərfəli deyil. Əksinə, onlar partnyorluq münasibətlərində və qlobal çağırışlara müasir cavablarda maraqlıdırlar”.

XS
SM
MD
LG