Britaniyanın daxili işlər naziri Amber Russ keçmiş rusiyalı agentin müəmmalı xəstəliyi ilə bağlı məlumat əldə etmək məqsədilə çərşənbə günü ölkənin Kobra fövqəladə hallar komitəsi ilə görüş keçirir.
Britaniyanın terrorla mübarizə polisi məsələyə dair isitintaq aparır. Ölkənin hərbi araşdırma laboratoriyası Sergey və qızı Yuliyanın zəhərlənməsinə səbəb olan maddənin nə olduğunu müəyyən etməyə çalışır.
Təhlükəsizlik kameralarında lentə aldığı görüntülərdə onların zəhərlənmə simptomları sərgilədiyi göstərilir. Onlar bazar günü İngiltərənin cənubundakı evlərində skamyaya yıxılmış vəziyyətə tapılıb.
Hər ikisinin vəziyyəti kritikdir. Müstəntiqlər onların kəskin xəstələnməsinə nəyin səbəb olduğunu müəyyən etməyə çalışır.
Rusiya bu məsələdə əlinin olduğunu inkar edib və istintaqa yardım etmək niyyətini dilə gətirib. Skripal keşmiş Rusiya agentidir. O, 100 min dollar müqabilində Britaniyanın kəşfiyyat agentliklərinə Avropadakı rusiyalı casuslarla bağlı məlumat verdiyini etiraf edib.
Dörd il Rusiya həbsxanasında qaldıqdan sonra o, 2010-cu idlə ABŞ ilə aparılan casus mübadiləsi nəticəsində azadlığa buraxılıb və daha sonra Britaniyaya köçüb.