Rusiya idmançılarının geniş yayılmış dopinq proqramının bir hissəsi olduğuna dair ittihamları “əsassız” adlandırıb və Beynəlxalq Olimpiya Komitəsi və qlobal antidopinq agentliyinin qanunlarına ciddi riayət etdiyini bildirib.
Ötən bazar ertəsi Ümumdünya Antidopinq Agentlyi Rusiya idmançıları, məşqçilər, həkimlər və Moskvada yerləşən dərman test laboratoriyarının bu qalmaqlada iştirak etdiyinə dair hesabat dərc edib.
Ümumdünya Antidopinq Agentliyi (WADA) Rusiyanın yüngül atletika sahəsində dövlət tərəfindən sponsorluq edilən dopinq proqramının mövcud olmasına dair tənqidi hesabat dərc edərək, Moksvada dərman test edən laboratoriyaların fəaliyyətini dayandırıb.
Rusiyanın Antidopinq Agentliyinin (RUSADA) rəhbəri bəzi adı açıqlanmayan problemlərin olduğunu etiraf edib və ölkənin bu problemləri aradan qarldırmaq üçün səy göstərdiyini deyib. Lakin o, hesabatdakı informasiyanın doğruluğunu sual edib.
“Təkrar-təkrar qaydaları pozan və diskvalifikasiya olunan bir idmançının verdiyi bəyanatın bizim dediklərimizdən üstün tutulması suallar yaradır.”
WADA komissiyası Rusiyanın bir neçə idmançısı və məşqçisinin diskvalifikasiya olunmasını tövsiyə edir. Ən əsası isə agentlik Rusiyanın beynəlxalq atletika yarışlarında iştirakına qadağa qoyulmasına çağırır ki, buna gələn il Braziliyada keçiriləcək Olimpiya oyunları daxildir.
“Düzünü desəm mən belə bir halı təsəvvür edə bilmirəm. Əlbətdə ki bu, böyük zərbə olacaq. Mən bir daha təkrar edirəm- biz İAAF-ın şura üzvlərindən sağlam düşünmələrini istəyirik, çünki onlar ilk öncə idman maraqları çərçivəsində hərəkət etməlidirlər.”
Rusiya rəsmiləri beynəlxalq idman qurumları ilə əməkdaşlıq edəcəklərini desələr də, WADA-nın hesabatının anti-Rusiya mahiyyəti daşıdığını düşünür. Bir çox rusiyalı da bu fikri bölüşür.
“İdman da artıq siyasiləşdirilir. Dünya arenasında hər kəs Rusiyanı heç kəsin istəmədiyi üçüncü tərəf kimi tənqid edir. Artıq idman da bu addımlarla irəliləyir.”
WADA komissiyasının mandatı Rusiya idmançıları haqda hesabat hazırlamaq olsa da, komissiya digər ölkələr və onların idmançılarının da dopinqdən istifadə etdikləri\ni bildirir.
Bu arada isə dopinqdən istifadə etdikləri iddia edildiyinə görə medal qazana bilməyən idmançılar medalla təltif olunmaq istəyir. Rusiya idmançılarına qarşı beynəlxalq qadağanın qoyulmasına üçün təzyiq isə artır.