Accessibility links

Rusiyalı siyasi təhlilçilər ölkənin gələcəyini müzakirə etdi [Video]


Rusiyalı siyasi təhlilçilər ölkənin gələcəyini müzakirə etdi
please wait

No media source currently available

0:00 0:02:14 0:00

Rusiyada 18 mart tarixində keçirilən seçkilər rusiyalılara və Qərbə sürpriz olmadı. Vladimir Putin növbəti altı il ərzində Rusiyaya rəhbərlik edəcək. Kreml seçkilərin şəffaf və ədalətli keçirildiyini bildirir. Lakin çox sayda siyasi təhlilçi bununla razı deyil.

Rusiyada səsvermənin nəticələri artıq məlumdur və Vladimir Putin yenidən hakimiyyətdə qaldı. Putinin mətbuat katibi Dmitri Peskov deyir ki, nəticələr göz önündədir.

Kreml sözçüsü Dmitri Peskov: “18 mart tarixində keçirilən seçkilərdə bizim cəmiyyət tam bir həmrəylik nümayiş etdirdi. Bu həmrəylik kiminsə hücumlarına cavab olaraq yox, ölkənin gələcəyi və inkişafı üçün planlar naminə baş verib. Seçkilərin nəticələri də bunu göstərdi.”

Lakin bir çoxları baş verənləri belə görmür. Onlar arasında Rusiyanın proqressiv siyasi təhlilçilərindən biri olan Dmitri Oreşkindir.

“Putin qalib gəldi. Mən nədən narahatam? Bu seçkilər Sovet seçkilərinə bənzəyir. İlk növbədə, Putinə alternativ yox idi. İkincisi, elektorat seçki məntəqələrinə gəlməyə məcbur edilmişdi. İnsanlar üçün siyasi mövqe ortaya qoymaq risklidir. Müdirləri onları məcbur edir ki, gedin səs verir.”

Digər bir təhlilçi Yekaterina Şulman hesab edir ki, seçkilər ədalətli keçirilməyib.

“Seçki sonrası skandallardan biri Rusiya daxili işlər nazirinin ordunun və ailə üzvlərinin 99 faizinin səs verdiyini və onların 89 faizinin Rusiyanın ali baş komandanına səs verdiyini bildirməsi oldu. Bu inanılmaz bir bəyanatdır. Çünki ordu heyəti və ailələr digərlərinin səs verdiyi məntəqələrdə səs verir. Ona görə də, kimin necə səs verdiyini bilmək mümkün deyil. Bu isə bəyanatın ya yalan, ya da saxtakarlığı sübutu olduğunu göstərir.”

Rusiyanın gələcəyi haqqında söz düşəndə isə Oreşkin pessimistliyini ifadə etdi. O deyir ki, Putin öz istədiyi kimi ölkəni idarə etməyə davam etsə rusiyalılar çox az dəyişiklik görəcəklər. Bəs 2024-cü ildə Putin artıq seçkidə iştirak edə bilmədiyi halda nə baş verəcək?

“Putinin davamçısı kim olacaq? Putin özü. Biz bilmirik, Putin hansı rolda bunu edəcək. Baş nazir, yoxsa yeni ölkə lideri vəzifəsində? Bilinən odur ki, hakimiyyətdə qaldığı hər il, hakimiyyəti tərk etməyini daha çətinləşdirir.”

Oreşkik deyir ki, Putinin davamçısı kim olacacağından asılı olmayaraq, həmin insan həm elitanı, həm də Putini razı salmağın yolunu tapacaq.

XS
SM
MD
LG