Accessibility links

Rusiyanın məhv olmağa doğru gedən Arktik şəhəri [Video]


Rusiyanın məhv olmağa doğru gedən Arktik şəhəri
please wait

No media source currently available

0:00 0:03:09 0:00

Rusiyanın məhv olmağa doğru gedən Arktik şəhəri

Vorkuta şəhəri ən az insan yaşayan ərazilərdən biridir. Şəhər soyuq və quru havası, boz mənzərəsi və böyük Arktik buz sahələrinə qarışmış daş kömürü ilə tanınır.

Şəhər məhv olmaq üzrədir. Sovet İttifaqının dağılması Vorkuta şəhərini bazar iqtisadiyyatı mühitində həssas vəziyyətdə qoydu. 1990-cı illərdə 13 kömür mədəni bağlandı və son 30 ildə əhalinin üçdə ikisi şəhəri tərk etmək məcburiyyətində qaldı.

Bu cür çətinliklərə baxmayaraq Nadejda öz biznesini davam etdirməyə çalışır. Onun sözlərinə görə, Vorkuta çoxdandan unudulub.

“Mənim bildiyimə görə, bizim növbəti 50 il üçün kifayət qədər daş kömürümüz var və buna da ehtiyac var. Bəs biz niyə onları istehsal etmirik? Burada heç bir şey edilmir." - deyə, deyə Nadejda Kozevnikova bildirib.

Ancaq Vorkuta əhalisinin kiçik bir qismi dəyişiklik üçün səs verib. Seçicilərin 73 faizi prezident seçkilərində Vladimir Putini dəstəkləyib. Müşahidəçilərin sözlərinə görə, seçkilər tam azad şəkildə keçirilməyib.

Viktor Telnov demokratiya müzakirəsi ilə maraqlanmır. O Vorkutanın həyatda qalması üçün vacib olan bacarıqları gələcək nəsil mədənçilərə öyrədir.

“Tanınmış ictimai xadimin də dediyi kimi, "Heç bir illüziya yoxdur. Bu dəfə biz prezident yox, ali baş komandan seçirik.” Bu seçki Rusiya və dünya ictimaiyyəti üçün simvolikdir. Biz ruslar olaraq onlara necə birləşdiyimizi göstəririk." - deyə, Viktor bildirib.

Vorkuta 1930-cu illərdə Cozef Stalinin qulaqlarındakı kölə əməyində istifadə edilərək buzla örtülü çöllərdə tikilmişdir. Bu çöllərdə 200 minə qədər siyasi məhbus basdırılıb.

Qulaq məhbusları Vorkutanın kənar dünya ilə tək bağlantısı olan dəmir yolunu tikiblər. Buradan Moskvaya 45 saatlıq məsafədir. Aeroport isə hava şəraiti səbəbindən uzun müddət bağlı olur.

Dərin buzun altında işləyən Anatoli və onun həmkarları Sovet İttifaqı dövründəki texnologiyalardan istifadə edir. Onun prezident Putindən kiçik bir arzusu var.

“Ümid edirəm ki, ən azından indiki standartlar qorunacaq. İşçilərə lazım olan hər şey, əmək stabilliyi, təchizat və s. Bir düzəliş olaraq, biz əmək haqqının artmasını istəyirik. Vorkuta üçün yeni bir avtomobil yolu da ola bilər. Bu bütün sakinlər üçün gözəl olardı." - deyə, Antoli Vorobyov əlavə edib.

İnsanlar sabitlik axtarışındadır. Onlar bu tənəzzülə uğrayan şəhərdən gücləri çatdıqca qaçmağa çalışır.

1990-cı illərdə şaxtaçılar 10 ay maaş ödənilmədən işləmək məcburiyyətində qalmışdılar. Bu xatirələrin yaratdığı travma çoxlarının yaddaşında buzlaşıb.

Vorkutadakı həyat Putinin Rusiyasında baş verənlər kimi görünə bilər, ancaq buradakı insanlar bunun daha da pisləşəcəyini bilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG