Accessibility links

Putinin müşaviri: Rusiya Əsədə sığınacaq verməyi nəzərdən keçirmir


Cümə axşamı prezident Vladimir Putinin baş koməkçisi bildirib ki, Rusiya Suriya prezidenti Bəşər əl-Əsədin ölkəyə buraxılmasının mümkünlüyünü müzakirə etməyib.

Xarici siyasət üzrə müşavir Yuri Uşakov Moskvanın Qərbin təzyiqlərindən qoruduğu Əsədin taleyinə məqsədli şəkildə laqeyd yanaşdığını barədə təəssürat yaratdığı halda Rusiyanın mövqeyini dəyişə biləcəyinə və sanksiyaları dəstəkləyəcəyinə dair heç bir işarə verməyib.

Uşakov bildirib ki, Putin nə Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğanla görüşü zamanı, nə də çərşənbə günü ABŞ prezidenti Barak Obama ilə telefon danışıqlarında Əsədin Suriyanı tərk etdiyi təqdirdə hara gedəcəyini müzakirə etməyib.

Əsədin Rusiyaya gələ biləcəyi soruşulanda Uşakovun cavabı belə olub : “Mən bilmirəm; ən azı ona görə ki, bu haqda heç nə eşitməmişəm.”

Çərşənbə günü Dəməşqdə baş verən partlayışda Əsədin güc sahibi olan yeznəsi, müdafiə naziri və kəşfiyyat rəhbəri öldürüldü. Suriya qüvvələri bu hadisəyə üsyançıları artilleriya atəşinə tutmaqla cavalandırdılar

Rəsmi mənbələr Əsədin həmin vaxt Dəməşqdə olduğunu bildirib, lakin müxalif qaynaqlar və qərb diplomatı onun cavab atəşini sahil şəhəri Latakiyadan yönləndirdiyini bildirib. Dəməşq sakinləri isə paytaxtda 16 ay davam edən qiyamın ən şiddətli döyüşlərinin getdiyini bildirirlər.

Rusiyanın xarici işlər nazirinin sözlərinə görə münaqişənin həlledici mərhələyə daxil olması ilə Əsədin xaricdə sığınacaq axtardığı haqda spekulyasiyalar yayılmaqdadır. Bu ölkə - onu Qərbin devirmək cəhdlərindən qoruyan Rusiya da ola bilər.

Moskva bu addımın Əsədin xarakterinə uyğun gəlmədiyini bildirərək, onun hakimiyyətdən getməsini yalnız daxili siyasi dialoq nəticəsində mümkün ola biləcəyini, lakin bu müddəanın danışıqlara şərt olmamasını vurğulayıb.

Uşakov Rusiyanın və Birləşmiş Ştatların münaqişənin necə həll olunmasında hələ də razılığa gəlmədiklərinə aydınlıq gətirib.

“Kimsə Putin ya da Obamanın digər tərəfin durumunu daha yaxşı anladığını deyə bilər. Vəziyyətin həlli üçün praktiki üsullara gəldikdə ciddi fikir ayrılıqları qalmaqdadır.”

Birləşmiş Ştatlar, Britaniya, Fransa və Almaniya zorakılığı dayandırmaq üçün BMT-nin Əsədə və onun hökumətinə qarşı sanksiyalar tətbiq etməsini təklif ediblər. Rusiya öz həll yolunu irəli sürür ki, burada da heç bir sanksiya təhlükəsi yoxdur.

Uşakov bildirib ki, Putin Obama ilə telefon danışıqları zamanı Birləşmiş Ştatları “razı sala bilməyib.”

Liderlərin telefon söhbəti barədə Ağ Evin yaydığı bəyanatda deyilir: “Onlar bizim Suriya ilə bağlı mövqelərimizin fərqli olduğunu vurğulayıblar, lakin məsələnin həll olunması üçün öz qruplarının danışıqları davam etdirməsi yönündə razılığa gəliblər.”
XS
SM
MD
LG