Rusiya parlamentinin aşağı palatası ilk dəfə olaraq Katın faciəsi və onun qurbanlarına dair qətnamə qəbul edib. Sabiq dictator İosif Stalin 1940-cı il 20 mindən artıq polyak zabiti və digər mülki vətəndaşların kütləvi qırğınında günahlandırılıb. Rusiya prezidentinin dekabrın əvvəllərində Polşaya səfəri ərəfəsində qəbul edilən sənəd Varşava tərəfindən yülsək qiymətləndirilib. Bundan əlavə Rusiya kütləvi qırğının Stalinin gizli polisi tərəfindən həyata keçirildiyini təsdiq edib. Bu isə Nasizmlə bağlı illərlə davam edən Sovet təbliğatını ifşa etmiş olur. Rusiyanın Kommunist partiyası bəyanatı tənqid edib.
Rusiyanın Dövlət Duması Katın faciəsi və onun qurbanlarına dair qətnamə qəbul edib
- Amerikanın səsi