Accessibility links

Rusiyanın Rosnet şirkətinin Youtube və digər 4 veb sahifəsinin bağlamasına dair hökm çıxarılıb


Hökm hökumətin internet saytlarında ekstremizmin təbliğinə dair şikayəti əsasında çıxarılıb

Rusiyanın Komsomolsk–Na-Amure şəhər məhkəməsi yerli internet provayderi Rosnetin Youtube və digər 4 veb sahifəsinin bağlamasına dair hökm çıxarıb. Hökm hökumətin internet saytlarında ekstremizmin təbliğinə dair şikayəti əsasında çıxarılıb. Rusiya mətbuatının yazdığına görə, Yuotube-da rus dilində ekstremist videolar yayımlanır və Adolf Hitlerin “Mayn kampf” kitabından parçalar təbliğ edilir. Rosnet apellyasiya məhkəməsinə müraciət edəcəyini bildirirək, məhkəmənin hökmünü “absurd” adlandırıb.

XS
SM
MD
LG