Tramp administrasiyanın ilk günlərində qısa müddətə baş prokuror vəzifəsini icra etmiş Salli Yeyts Senatın Cinayət və Terrorizm alt-komitəsində yeni adminstrasiyaya milli təhlükəsizlik müşaviri Maykl Flinin Rusiya səfiri Sergey Kisyakla görüşdüyünə dair xəbərdaqlığı ilə bağlı ifadə verəcək.
Cəmi 24 gün vəzifədə çalışmış Maykl Flinin rusiyalı diplomatla görüşü haqqında vitse-prezident Mayk Pensə yalan məlumat verdiyinə dair dəlillərin ortaya çıxmasından sonra prezident Donald Tramp onu vəzifədən azad etmişdi.
Obamanın prezidentliyi dövründə Milli Kəşfiyyat İdarəsinin direktoru olan Ceyms Klapperin də ifadə verəcəyi gözlənilir.
Keçmiş prezident Barak Obamanın dövründə baş prokuror olaraq fəaliyyət göstərən Salli Yeyts Trampın immiqrasiya qadağasına qarşı çıxdığı üçün vəzifəsindən azad edilmişdi.
Obamanın prezidentliyi dövründə Milli Kəşfiyyat İdarəsinin direktoru olan Ceyms Klapperin də ifadə verəcəyi gözlənilir. O, Milli Kəşfiyyat İdarəsinin Rusiyanın Hillari Klintonun seçki kampaniyasının rəhbərinin komputerlərini haker hücumları etməklə Trampın qələbə qazanmaq şanslarını artırmağa çalışdığına dair qənaətə gəlinməsində mühüm rol oynayıb.
Prezident Tramp Klinton üzərindəki qələbəsində Moskvanın təsiri olduğu ilə bağlı iddiaları rədd edir. Tvitterdə yazdığı mesajda Tramp bu iddiaları “seçkidə məğlub olduqları üçün Demokratların uydurduğu hekayə” adlandırıb.