Accessibility links

Ruslar kimləri özlərinə düşmən hesab edir? [Sorğu]


Moskvada yerləşən müstəqil sorğu agentliyinin keçirdiyi ictimai rəy sorğusuna görə, ruslar müvafiq olaraq ABŞ, Ukrayna və Türkiyəni özlərinə əsas düşmən kimi görürlər.

Levada Mərkəzinin mayın 20-dən 23-dək 2400 nəfər arasında keçirdiyi sorğu əvvəlki illərdəkindən bir qədər fərqlənir. Belə ki, bu yaxınlaradək rusların çoxu Türkiyə barədə ya neytral, ya da müsbət fikirdə idi.

Son bir neçə ilin nəticələri göstərir ki, uzun illərdir ABŞ Rusiya əhalisinin böyük bir hissəsi üçün potensial hədə, qlobal düşmənçiliyin mənbəyi hesab edilir.

Levada Mərkəzinin sorğusu göstərir ki, ümumilikdə ölkədə anti-Amerika, anti-Avropa hissləri Rusiyanın 2014-cü ildə Krımı işğal etməsindən əvvəlki dövrlə müqayisədə qat-qat artsa da, hazırki durum 2015-ci ilin əvvəli ilə müqayisədə daha yaxşıdır.

Sorğu agentliyi Ukraynaya qarşı aqressiyanın artdığı, respondentlərin 48 faizinin Ukraynanı 5 düşmən ölkədən biri adlandırdığını bildirir. 2015-ci ildə isə bu rəqəm 37 faiz idi. 2015-ci ildə respondentlərin cəmi 1 faizi Türkiyəni 5 düşmən dövlətdən biri kimi qələmə versə də, son sorğuda bu rəqəm 29 faizə qalxıb.

Ötən noyabr ayında Türkiyə xəbərdarlığa baxmayaraq ölkənin sərhədlərini pozan Rusiya qırıcı təyyarəsini vurmuşdu.

ABŞ reytinqi isə deməl olar ki, dəyişməz qalır: 72 faiz. 2015-cü ildə bu rəqəm 73 faiz təşkil edirdi.

XS
SM
MD
LG