Accessibility links

AXCP fəalı həbs edilib


Ruslan Qarayev (Foto Qarayevin facebook səhifəsindən götürülüb)
Ruslan Qarayev (Foto Qarayevin facebook səhifəsindən götürülüb)

İyulun 20-də AXCP Gənclər Komitəsinin Sumqayıt şəhər şöbəsinin sədri Ruslan Qarayev polis tərəfindən saxlanılıb. Elə həmin gün Sumqayıt Şəhər Məhkəməsi Ruslan Qarayev barəsində inzibati qaydada 20 sutka həbs hökmü çıxarıb. Bu barədə Amerikanın Səsinə AXCP-dən bildiriblər.

AXCP və fəalın ailə üzvləri onun nədə günahlandırıldığını bilmir.

Qarayevi iyulun 20-də axtarırıq. İyulun 22-də Sumqayıt Şəhər Məhkəməsindən onun inzibati qaydada 20 sutka həbs edildiyini öyrənə bilmişik.

“Qarayevi iyulun 20-də axtarırıq. İyulun 22-də Sumqayıt Şəhər Məhkəməsindən onun inzibati qaydada 20 sutka həbs edildiyini öyrənə bilmişik. Həbsin səbəbləri, Qarayevin harada və hansı şəraitdə saxlanması ilə bağlı indiyədək məlumat ala bilmirik”, AXCP-dən bildirblər.

Öz növbəsində, Amerikanın Səsi Sumqayıt Şəhər Məhkəməsinin dəftərxanasına Ruslan Qarayevin nədə günahlandırıldığı ilə bağlı məhkəmə qərarı barədə məlumat üçün müraciət edib.

Məhkəmədən "bir azdan zəng edin" desələr də sonradan telefon faksa qoşulu olub və cavab verən olmayıb.

AXCP-də fəalın həbsinin səbəblərini facebook səhifəsində tənqidi fikirlər və ya fotolar yaymasəı ilə bağlı olduğunu güman edirlər.

XS
SM
MD
LG