Accessibility links

Ruslar bayram mövsümü ölkədə qalır [Video]


Ruslar bayram mövsümü ölkədə qalır
please wait

No media source currently available

0:00 0:02:22 0:00

Ruslar bayram mövsümü ölkədə qalır

Bir çox rusiyalı iqtisadi problemlər və səyahət qadağaları səbəbilə bu bayramı evdə keçirir. Hökümət Rusiya vətəndaşlarının ən çox getdiyi kurort zonaları olan Misir və Türkiyəyə səyahəti məhdudlaşdırıb. Bunun səbəbi isə terrorçuların Sinay üzərində Rusiya təyyarəsini bombalaması və Türkiyənin Suriya sərhədində Rusiyanın hərbi təyyarəsini vurmasıdır. Böhrana baxmayaraq ruslar bayramların dadını çıxarmağa çalışırlar.

Tənəzzülə doğru gedən iqtisadiyyatına baxmayaraq, Rusiya paytaxtında bayram abu-havası var. Şəhər bir Yeni il həftəsi və Provoslav Miladına hazırlaşır.

Ruslar qış aylarında səyahət etməyi sevirlər, amma bir çoxları bu il bayramı evlərində qeyd edəcək, çünki pulları azdır.

“Adətən Yeni İldən sonra, ya da yazda həm bir-iki həfləik harasa dincəlməyə gedirəm. Amma indi sadəcə bunun düşüncəsi ilə kifayətlənirəm.”

Rəsmilər təhlükəsizlik səbəbilə Türkiyə və Misir kimi populyar istirahət zonalarına səyahəti məhdudlaşdırıb.

“Bütün dünyadakı və həmçinin bizim ölkəmizdəki İqtisadi və siyasi vəziyyətə görə, biz yeni il tətilini evdə keçiririk. Ümid edirik ki vaxtımız maraqlı keçəcək.”

Bəzi rusiyalı istehlakçılar bayram alış-verişini azaldıb.

“Hədiyyələrə pul taparıq, amma harasa getmək üçün resurslarımız məhduddur. Bundan əlavə onsuz da havada bir gərginlik var.”

Amma yenə də ruslar bayram əhval-ruhiyyəsini bölüşür və problemlərinin öhdəsindən gəlməyin yollarını axtarır.

“Büdcəm mənim elektronika və ya digər hər hansı lüks bir əşya almağıma imkan vermir. Amma biz yenə də kiçik həfiyyələr alırıq.”

Yeni il bayramı ildə bir dəfə olur. Bu toy və ya yas kimidir – qənaət emtək istəyirsən, amma etmirsən. Demək istədiyim odur ki, nə qədər pulunun olmasına baxmayaraq, hamısını xərcləyirsən.”

Bəzi insanlar isə ailələri ilə zaman keçirmək üçün səbirsizlənir.

“Rusiyada qalıb, xaricə getməməyin səbəbləri iqtisadi deyil – Yeni il evdə qeyd olunmalıdır.”

Ruslar ümid edir ki, Yeni İldə onların iqtisadi və təhlükəsizlik vəziyyətləri də yaxşılaşacaq.

XS
SM
MD
LG