Accessibility links

Ruslar ABŞ-ın diplomatik nümayəndəlikləri qapatmasını cavabsız qoymayacağını deyir


Sergey Lavrov, Rusiya xarici işlər naziri
Sergey Lavrov, Rusiya xarici işlər naziri

Rusiya cümə günü ABŞ-ın San Fransiskodakı konsulluğu, Vaşinqton və Nyu york şəhərindəki nümayəndəlikləri bağlamaq əmrinə cavab verəcəyini bildirib.

Eyni zamanda Kreml iki ölkə arasında gərginlikləri eskalasiya etmək niyyətində olmadığını bildirib.

Münasibətləri sadəcə korlamaq üçün bizə heç haradan qəfil dəyən zərbələrə sərt cavabımız olacaq.

Tramp administrasiyası Kremlin ABŞ-da Rusiyadakı diplomatik heyətini kəskin şəkildə azaltmaq barədə tələbinə cavab olaraq bu addımları atdığını bəyan edib.

“Birləşmiş Ştatlar lazımi və müvafiq qaydada bundan da artıq addımlar atmağa hazırdır,” deyə Dövlət Departamentinin sözçüsü Heather Nauert bildirib.

ABŞ Rusiyaya San Fransiskodakı və başqa nümayəndəlikləri bağlamağa 48 saat möhlət verib.

Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, Moskva Vaşinqtonun bu addımına sərt cavab verəcək, lakin onlar Vaşinqtonun addımlarını diqqətlə araşdırmalıdırlar.

Rusiyanın San Fransiskodakı konsulluğunun binası
Rusiyanın San Fransiskodakı konsulluğunun binası

“Münasibətləri sadəcə korlamaq üçün bizə heç haradan qəfil dəyən zərbələrə sərt cavabımız olacaq,” Lavrov Rusiyanın ali diplomatik məktbəində tələbələr qarşısında çıxışda deyib.

Başqa Rusiya rəsmiləri ehtiyat sərgiləməyə çağırıblar.

Birləşmiş Ştatlar Rusiyanın bu həftə sonu San Fransisko şəhərindəki konsulluğu və Vaşinqton və Nyu York şəhərlərində nümayəndəliklərini bağlamasını tələb edib. Bu haqda məluamatı Dövlət Departamenti açıqlayıb.

ABŞ bu addımı Moskvanın Birləşmiş Ştatların Rusiyada diplomatik nümayəndəliklərinin işçilərinin sayının azaldılması tələbinə cavab olaraq atır.

XS
SM
MD
LG