Accessibility links

Zəngin ruslar məhdudiyyətlərdən qaçır


Zəngin ruslar səyahətlərini gecikdirməyib. Koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə bu həftə yeni ümummilli pandemiya məhdudiyyətlərinin tətbiqindən əvvəl onlar Türkiyə, Misir və Birləşmiş Ərəb Əmirliklərinə yollanıb.

Bu həftə Rusiyanın şimalından 100 000 turist axınını gözləyən Soçi kimi Qara dəniz kurortlarına da çoxsaylı insan axını olub.

Səyahət agentlikləri tur paketləri üçün sifarişlərin artdığını bildirir.

Kreml ümid edir ki, rusların oktyabrın 30-dan noyabrın 7-dək ödənişli məzuniyyətə çıxması tələb olunacaq yeni məhdudiyyətlər yoluxma və ölüm hallarının sayını azaldacaq.

Rusiya rəsmiləri səyahətləri dayandırmağa çalışsalar da, bunun heç bir faydası olmayıb. Keçən həftə Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərə deyib ki, epidemioloqlar bir çox insanın səyahətə çıxdığı və səyahət planlaşdırdığına dair narahatlıqlarını dilə gətirib.

Rəsmilər xəstəliklə mübarizə məqsədi ilə kommersiya fəaliyyətlərini, restoranlar, barlar və ticarət mərkəzlərini ən azı on gün müddətinə bağlandığını elan edib.

Baxmayaraq ki, Rusiya dünyada COVID-19 peyvəndinin istifadəsini təsdiq edən ilk ölkədir, lakin əhalinin cəmi üçdə biri tam peyvəndlənib.

Prezident Vladimir Putin bütün rusları vaksin olmağa çağırıb və ölkə boyu iş yerlərinin bağlanmasını təsdiq edib. Bu tədbirlər noyabr ayının ilk həftəsindən qüvvəyə minib.

Moskvanın bələdiyyə orqanları şəhərdə qismən qapanma tətbiq edib. Belə ki, yalnız aptek və supermarket kimi zəruri mağazaların işləməsinə icazə verilir.

Rəsmi hesablamalara görə, Rusiyada 235 000 ölüm halı COVID-lə əlaqəlidir ki, bu da dünyada dördüncü ən yüksək göstəricidir.

Bazar ertəsi Rusiya səhiyyə rəsmiləri 40 000-dən çox yeni koronavirus yoluxmasının qeydə alındığını bildirib.

XS
SM
MD
LG