Accessibility links

Moskva yaxınlığında 17 kiloqram partlayıcı ilə yüklənmiş dronun aşkar edildiyi bildirilir


TASS xəbər agentliyinin hüquq-mühafizə orqanlarına istinadən yaydığı məlumata görə, Moskva vilayətinin Noginsk rayonu yaxınlığında partlayıcı maddə ilə doldurulmuş dron aşkar edilib.

BazaShot Teleqram kanalları dron Noginsk yaxınlığındakı Boqorodski şəhərində yerləşən "Zarya" bağçılıq birliyinin üzvü tərəfindən evindən təxminən 300 metr aralıdakı meşədə aşkar edilib. O, bunun "kiminsə oyuncağı" olduğunu fikirləşib və dronun fotoşəkillərini çəkərək, bağçılığın saytına yükləyib. İki saat sonra saytın üzvlərindən biri polisə zəng edib.

Telegram kanalları bunun Ukrayna istehsalı olan UJ-22 Airborn dronu olduğunu iddia edir. Dronun içərisində hər biri 570 qram ağırlığında C-4 partlayıcısı olan 30 briket - ümumilikdə 17 kiloqram partlayıcı olub. Belə bir dronun uçuş məsafəsi 800 kilometrə qədərdir.

Kütləvi informasiya vasitələrinin məlumatına görə, dron yerə ağaclara ilişərək düşüb. Digər versiyaya görə isə dronun yanacağı qurtarıb.

Dronun haradan buraxıldığı məlum deyil. Ukrayna tərəfi insidentlə bağlı açıqlama verməyib.

Oxşar dron fevralın 28-də Moskva vilayətinin Kolomenski rayonunda Qazprom şirkətinin qaz-kompressor stansiyası yaxınlığında aşkar edilib.

Rusiya hücumlarda Ukrayna qüvvələrini ittiham edir. Kyiv bu cür əməliyyatlarla əlaqəsi olmadığını bildirir.

XS
SM
MD
LG