Accessibility links

Rusiyalı qadınlar uşaq dünyaya gətirmək üçün Argentinaya gedir


Rusiyalı qadınlar uşaq dünyaya gətirmək üçün Argentinaya gedir
please wait

No media source currently available

0:00 0:03:25 0:00

Rusiyalı qadınlar uşaq dünyaya gətirmək üçün Argentinaya gedir

Argentinanın miqrasiya məlumatlarına görə, 2022-ci ildə Rusiyadan ölkəyə 11 minə yaxın qadın daxil olub. Onların bir çoxu hamilə olub və uşaqlarını bu Cənubi Amerika ölkəsində dünyaya gətirib.

Argentinanın immiqrasiya məlumatlarına görə, 2020-ci ildən 2022-ci ilə qədər ölkəyə 22 mindən çox Rusiya vətəndaşı daxil olub ki, onların təxminən yarısı qadınlardır.Onların çoxu hamiləliyin son dövrlərində olub və bu ölkədə uşaq dünyaya gətirib.

Kirill Makoveyev Argentinada rus qadınların uşaq dünyaya gətirmələrinə yardım edən "RuArgentina" agentliyinin təsisçisidir. O, biznesinin yaxşı getdiyini deyir. "Keçən il Argentinada uşaq doğmaqla bağlı 70 minə yaxın insan saytımıza müraciət edib".

Argentina qanununa görə ölkədə doğulan hər bir uşağa avtomatik vətəndaşlıq verilir. Körpənin valideynləri daimi yaşayış statusu alır və daha sonra Argentina pasportu üçün müraciət edə bilər.

Argentina pasportu ruslara 170 ölkəyə sərbəst səyahət etmək imkanı verir. Rusiyadan çıxmaq daha baha başa gəlib və bəzi ölkələrin səyahət məhdudiyyətləri qoyması səbəbindən ölkədən çıxmaq da qeyri-mümkün olub.

Bu, həm də onlara Ukraynada döyüşmək üçün hərbi xidmətə çağırılmamaq imkanı verir. Natalia Ksenofontova Argentinaya üçüncü övladına hamilə olarkən Rusiyanın Ufa şəhərindən köçüb. "Mənim iki oğlum var. Başa düşdüm ki, onlar üçün planlaşdırdığım gələcək - Avropada təhsil almaq, hər şey əla olmaq kimi arzular bir gündə məhv oldu. Üçüncü övladıma hamilə olduğumu biləndə nə edəcəyimizi çox düşündük və Rusiyanı tərk etmək qərarına gəldik".

Lakin Argentina rəsmiləri deyirlər ki, burada uşaq dünyaya gətirən bir çox rus qadın Argentinada qalmır. Keçən il Argentinaya gələn rusların yarısından çoxu, təxminən 13 mini oradan gedib. Onların çoxu bu ölkədə uşaq dünyaya gətirən qadınlardır.

Fevral ayında Argentina İmmiqrasiya Bürosunun direktoru Florensiya Karinyano Argentinada uşaq dünyaya gətirən, lakin vaxtının çox hissəsini başqa ölkələrdə keçirən Rusiya vətəndaşlarına daimi yaşayış icazəsinin verilməsini dayandırmaq qərarını açıqlayıb. "2023-cü ilin yanvarında Argentinaya 4523 Rusiya vətəndaşı daxil olub. Və bu rəqəmlər kəskin şəkildə artır. Biz gələn uçuşların sayının və hamilə rus qadınlarının sayının artdığını görə bilirik."

Alla və Andrey Priqolovkinlər burada qalıb. Onlar əvvəlcə Argentinaya Andreyin Ukraynada döyüşmək üçün hərbi xidmətə cəlb oluna biləcəyi ehtimalından qaçmaq üçün gəlmişdi. Alla Priqolovkina: "Mən ona dedim ki, səfərbərliyə düşə biləcəyindən narahatam. Və qorxurdum ki, o bu müharibədə ölə bilər və mən körpəmizi tək böyütməli olaram".

Natalia Ksenofontova da Argentinanı tərk etmək fikrində deyil. Hələlik o, əri ilə uzaqdan işləyir, ispan dilini öyrənir və Buenos-Ayresdə iş axtarır. Onlar deyirlər ki, bu, onların yeni evidir və övladları üçün işıqlı gələcək ümidi ilə yaşayır.

XS
SM
MD
LG