Accessibility links

Kremlyönlü media Moskvadakı hücuma görə İslam Dövləti-nin məsuliyyət daşıması ilə bağlı xəbərlərə məhəl qoymur


Kremlyönlü media Moskvadakı hücuma görə İslam Dövləti-nin məsuliyyət daşıması ilə bağlı xəbərlərə məhəl qoymur
please wait

No media source currently available

0:00 0:02:25 0:00

Kremlyönlü media Moskvadakı hücuma görə İslam Dövləti-nin məsuliyyət daşıması ilə bağlı xəbərlərə məhəl qoymur

Rusiyanın hökumətyönlü mediası İslam Dövləti qrupunun keçən cümə günü Moskvanın konsert zalında törədilən ölümcül hücuma görə məsuliyyəti öz üzərinə götürməsinə məhəl qoymur və bunun əvəzinə diqqəti kütləvi qətlin Ukrayna ilə əlaqəli olduğuna dair əsassız iddialara yetirir.

Bazar ertəsi xilasetmə qrupları itkin düşənlərin axtarışını davam etdirərkən Kremlyönlü media hücuma görə İslam Dövləti qruplaşmasının məsuliyyət daşıması ilə bağlı xəbərlərə məhəl qoymayıb.

RT təbliğat kanalının direktoru sosial mediada İslam Dövləti qruplaşmasının məsuliyyət iddiasının yalan olduğunu bəyan edib. Eyni zamanda dövlətə məxsus Ria Novosti-nin redaksiya məqaləsində "Kyiv xilafəti Rusiyaya qarşı terror kampaniyasına başlayır" yazılıb.

Rusiya rəsmiləri prezident Vladimir Putinin dediyi kimi, Ukraynaya qaçmaq istəyərkən saxlanılan bir neçə şəxsi göstərib. Analitiklər bu iddiaya şübhə ilə yanaşır. S&P Global Market Intelligence-nin analitiki Aleks Kokçarov: "Ukrayna ilə sərhəd əslində cəbhə xəttidir. (Rusiyanın) Bryansk vilayətindən Ukraynaya keçid məntəqələri yoxdur. Sərhəd tamamilə hərbiləşdirilib. Burada Rusiya silahlı qüvvələrinin və Federal Təhlükəsizlik Xidmətinin fəaliyyəti çox güclüdür".

Ukrayna prezidenti Volodimir Zelenski Putinin Ukraynanın əli olduğu ilə bağlı iddiasını rədd edib.

Hücuma görə Kyivi günahlandıran Rusiya mediası islamçı ekstremistlərin Rusiyada hərbi məqsədi olduğunu inkar edir.

Bəzi müşahidəçilər bununla razılaşmır. Analitik Marta Ter: "İŞİD müqəddəs saydığı müharibələrə görə ABŞ və İranla yanaşı Rusiyanı da özünün əsas düşmənlərindən biri hesab edir. Rusiya Əfqanıstanda olub. Bu günə qədər Suriyada Bəşər Əsədlədir və Qafqazda müsəlmanlara qarşı müharibələr aparır".

Digərləri isə deyirlər ki, bu hücum Kremlə yeni səfərbərlik və iki illik genişmiqyaslı müharibədən sonra təzyiq altında olan qüvvələrini artırmaq üçün iddialarını ortaya qoymağa kömək edəcək.

Martın 22-də 130-dan çox insanın ölümü ilə nəticələnən hücum Rusiya Federasiyasının yaxın tarixində ən qanlı hücumlarından biri kimi qeyd olunur. Hazırda bəziləri Kremlin bundan Moskvanın Ukraynaya hücumunu gücləndirmək üçün bəhanə kimi istifadə edəcəyindən narahatdır.

Forum

XS
SM
MD
LG