Accessibility links

Sankt-Peterburq hücumunu qırğız həyata keçirib


Qırğızıstan kəşfiyyat rəsmilərinin bildirdiyinə görə, bazar ertəsi Rusiyada bomba hücumu həyata keçirməkdə şübhəli bilinən şəxs Qırğızıstanda doğulmuş Rusiya vətəndaşıdır.

Qırğızıstan təhlükəsizlik idarəsinin sözçüsü şübhəlinin 1995-ci ildə anadan olmuş Əkbərcon Cəlilov olduğunu bildirib. Rusiyanın Interfax xəbər agentliyi ilkin məlumatında bomba hücumu həyata keçirən şəxsin 23 yaşlarındakı Orta Asiya vətəndaşı olduğunu bildirmişdi.

Amerikanın Səsinin müxbiri Daniel Şerf bomba hücümü barədə anonim telefon zəngindən sonra bazar ertəsi metro stansiyalarından birinin bağlandığını bildirib.

Rusiya səhiyyə naziri Veronika Skvortsova bü gün keçirdiyi brifinqdə Sankt-Peterburqdakı bomba hücumu zamanı ölənlərin sayının 11-dən 14-ə qalxdığını bildirib.

Metro qatarının metal qapısını deşən güclü partlayış zamanı 50 nəfər yaralanıb.

Sankt-Peterburq rəsmiləri şəhərdə üç günlük matəm elan edib.

XS
SM
MD
LG