Accessibility links

Belarus Rusiyanın təhlükəsizlik zəmanətinə ehtiyacı olduğunu deyir


BelTA xəbər agentliyi Belarus prezidenti Aleksandr Lukaşenkonun ölkəsinin Rusiyadan təhlükəsizlik zəmanətinə ehtiyacı olduğunu dediyini bildirib.

Lukaşenko bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqunu qəbul etdiyi vaxt bəyan edib.

BelTA-nın bildirdiyinə görə, Lukaşenko keçən həftə Rusiya prezidenti Vladimir Putinlə apardığı danışıqlara istinad edərək deyib ki, iki lider Belarusa qarşı hər hansı "təcavüz" olarsa, Rusiyanın Belarusu "öz ərazisi kimi" müdafiə etməsini müzakirə edib.

Putinin keçən ay Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirəcəyini elan etməsi tənqidlərə səbəb olmuşdu.

İki müttəfiqin Ukraynaya hücum planı olmadığını, yalnız hərbi təlimlər keçirdiklərini israr etdikdən sonra Rusiya qüvvələri bir Ukraynaya genişmiqyaslı işğala başlamaq üçün Belarusdan hazırlıq meydanı kimi istifadə edib.

Keçən ay isə prezident Vladimir Putin deyib ki, Rusiya qonşu Belarusla onun ərazisində taktiki nüvə silahları yerləşdirmək məqsədilə razılıq əldə edib.

Putin deyib ki, Rusiya taktiki nüvə silahları üçün saxlanma obyektinin tikintisini iyulun 1-dək başa çatdıracaq. O əlavə edib ki, Moskva silahlara nəzarəti Minskə ötürməyəcək.

O bildirib ki, Rusiya Belarusda taktiki nüvə silahlarını daşıya bilən 10 təyyarə yerləşdirib və əlavə edib ki, Moskva artıq Belarusa nüvə silahları ata bilən bir neçə İskəndər taktiki raket sistemini köçürüb.

XS
SM
MD
LG