Accessibility links

Rusiyanın Belqorod bölgəsində sakinlərin təxliyəsi başlana bilər


Rusiyanın Belqorod vilayətinin hakimiyyət orqanları sakinlərinə təhlükəsiz ərazilərə evakuasiya etmək imkanı verə bilər. Bunu vilayət qubernatoru Vyaçeslav Qladkov deyib. O, evakuasiya olmaq istəyənlərə onun və ya Belqorod meri Valentin Demidovun ofisinə, eləcə də fövqəladə qaynar xəttlərə müraciət etməyi tövsiyə edib. Qladkovun sözlərinə görə, sakinlərə müraciət etdikləri gün Starıy Oskol və Qubkin şəhərlərindəki müvəqqəti yaşayış mərkəzlərinə köçməyə yardım göstəriləcək.

Son bir həftədir Belqorod və bölgəsi atəşə tutulur. Dekabrın 30-da raket hücumu nəticəsində 25 nəfər ölüb, 100-dən çox insan yaralanıb. O vaxtdan bəri demək olar ki, bölgə hər gün atəşə tutulur.

Belqoroda hücum dekabrın 29-da Rusiya qoşunlarının Ukraynanı kütləvi atəşə tutmasından sonra başlayıb. Həmin vaxt ölkənin müxtəlif bölgələrində 40-a yaxın dinc sakin həlak olub.

Rusiya hakimiyyəti hücumlara görə Ukrayna silahlı qüvvələrini günahlandırır. Rusiya prezidenti Vladimir Putin Belqoroda endirilən zərbələri terror aktı adlandırıb. Ukrayna ordusu adətən bu bölgənin atəşə tutulması ilə bağlı şərh vermir.

Rəsmi məlumatlara görə, Ukraynaya genişmiqyaslı təcavüzə başlanmasından bəri bu ölkədə 10 mindən çox dinc sakin həlak olub. Lakin Rusiya ordusu və Rusiyanın dövlət rəsmiləri yalnız hərbi və infrastruktur obyektlərinə hücum etdiklərini iddia edir.

Forum

XS
SM
MD
LG