Accessibility links

Rusiyanın Belqorod vilayətinin silah-sursat anbarında yanğın baş verib


İlkin məlumatlara görə, Rusiyanın Belqorod vilayətinin Staraya Nelidovka kəndi ərazisində (Ukrayna ilə sərhəddən 45 kilometr aralıda yerləşir) silah-sursat anbarı yanıb. Bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov Telegram kanalında bildirib. O, bu barədə məlumatı Qolovinski yaşayış məntəqəsinin başçısı Denis Zolotuxindən aldığını yazıb.

Qladkov Telegram kanalında gecə saat 3:30-da partlayışa bənzər səsə oyandığını və bu barədə yazı yazmağa başlayanda daha üç partlayış səsi eşitdiyini bildirib. Onun sözlərinə görə, mülki əhali arasında xəsarət alanlar yoxdur və yaşayış binalarında dağıntılar olmayıb. Yanğın söndürülüb.

Kursk vilayətinin qubernatoru Roman Starovoyt aprelin 27-nə keçən gecə bölgədə hava hücumundan müdafiə sisteminin işə düşdüyünü bildirib. Onun sözlərinə görə, tələfat və dağıntı yoxdur. O, daha sonra ətraflı məlumat verəcəyini vəd edib.

TASS xəbər agentliyinin yerli xilasetmə xidmətlərinin nümayəndələrinə istinadən bildirdiyinə görə, Voronej şəhəri yaxınlığındakı Şilovo mikrorayonunun yaxınlığında iki partlayış baş verib. Sosial şəbəkələrə səmada partlayan obyektləri əks etdirən videolar yerləşdirilib. Yerli media qruplarının üzvləri deyib ki, ya hava hücumundan müdafiə sistemi, ya da ola bilsin təyyarələr səmaya qalxıb.

Şilovo mikrorayonu Voronejdən çox da uzaq olmayan Baltimor hərbi aerodromunun yaxınlığında yerləşir. Oradan Ukrayna ilə sərhədə qədər təxminən 300 kilometrlik məsafə var. Voronej vilayətinin qubernatoru Aleksandr Qusev daha əvvəl bildirib ki, çərşənbə günü səhər Voronej yaxınlığında hava hücumundan müdafiə sistemi pilotsuz uçan aparatı vurub.

İki gün əvvəl İnterfaks və TASS xəbər agentliklərinin Fövqəladə Hallar Nazirliyinin regional idarəsinə istinadən xəbər verdiyinə görə, Rusiyanın Bryansk şəhərinin Fokinski rayonunda "Transneft-Drujba" neft bazasında güclü yanğın baş verib.

İnterfaks agentliyinin mənbəsi Bryanskdakı "Transneft-Drujba" neft bazasından savayı başqa neft obyektində də yanğının olduğunu bildirib.

Bryanskın Fokinski rayonundakı neft bazasında gecə saat iki radələrində baş verən yanğının səbəbi hələlik məlum deyil. Artıq yanğının səviyyəsi ən yüksək kimi təyin edilib. Şəhər sakinləri partlayış səsləri eşitdiklərini bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG