Accessibility links

Rusiyada doğum səviyyəsi kəskin şəkildə azalıb


Rusiyada doğum səviyyəsi kəskin şəkildə azalıb
please wait

No media source currently available

0:00 0:02:46 0:00

Rusiyada doğum səviyyəsi kəskin şəkildə azalıb

Rusiya özünün yaxın tarixinin ən böyük demoqrafik böhranı, doğumların kəskin azalması ilə üz-üzədir ki, bu da bir çox rusun qeyri-müəyyən iqtisadi və siyasi mənzərədə ailə qurmaq qorxusunu əks etdirir.

On il əvvəl Rusiyada hər il iki milyon uşaq dünyaya gəlirdi. Rəsmi məlumatlara görə, 2023-cü ildə cəmi bir milyon iki yüz min uşaq doğulub, bu, 1991-ci ildən, Sovet İttifaqının dağılmasından bəri ən aşağı göstəricidir.

Bu rəqəmlər bir çox rusun ailə həyatı qurmağa qərar verməzdən əvvəl iki dəfə düşündüyünü göstərir. Sosioloqların fikrincə, bu vəziyyətə səbəb bir sıra elementlərin olmasıdır. Sosioloq Anton Orex: "Ümumiyyətlə, iqtisadi vəziyyət pisləşib, insanlar daha pis yaşamağa başlayıb və uşaq böyütmək üçün gələcəyə inam olmalıdır".

Rusların gələcəyə bədbin baxışlarına əlavə olaraq, ölkələrinin Ukraynaya genişmiqyaslı işğalı da daxildir. Əczaçılıq bazarı üzrə analitiklər 2022-ci ildən, müharibə başlayandan sonra Rusiyada abort həblərinə tələbatın 60 faizə qədər artdığını bildirib.

Kreml Rusiyanın demoqrafik böhranı ilə bağlı xəbərlər yaymaqdan çəkinir. Lakin müstəqil müxbirlər və analitiklər Ukraynanın işğalını mühüm amil kimi göstərir. Araşdırmaçı Jurnalistlər Birliyindən Qalina Sidorova: "Ən böyük səbəb şübhəsiz ki, müharibədir. Bu, əslində ən əsas səbəbdir və çox güman ki, bu, cənab Putinin Rusiyaya, bu ölkəyə, xalqına qarşı törətdiyi böyük cinayətdir".

Doğuş nisbətinin aşağı düşməsi rəsmiləri ailələrə yardım planları hazırlamağa vadar edib. Eyni zamanda, Rusiyanın bir sıra regionlarında özəl klinikalarda abortlar qadağan edilib.

Kreml eləcə də çoxuşaqlı ailələri təşviq etmək strategiyasına başlayıb. Rusiya prezidenti Vladimir Putin: "Rus ailələrinin əvvəllər necə olduğunu xatırlayın. Nənələrimizin, ulu nənələrimizin yeddi-səkkiz, hətta daha çox övladı olub. Gəlin o möhtəşəm ənənələri geri qaytaraq və təbliğ edək".

Bəzi müşahidəçilərin fikrincə, nə qədər ki, Rusiya müharibənin içərisində olacaq, bu mühafizəkar şüarların doğum nisbətini artırmaq üçün heç bir faydası olmayacaq. Anton Orex: "Bu, bir-birinə zidd olan iki şeydir: doğum nisbətini artırmağa çalışmaq və silahlı münaqişədə iştirak etmək."

Statistika göstərir ki, 2024-cü il Rusiyada 19-cu əsrin əvvəllərindən bəri doğuş baxımından ən pis il olacaq.

Bu arada, Qərb kəşfiyyatının hesabatlarına görə, Ukrayna cəbhəsində Rusiyanın 40 mindən çox hərbçi həlak olub. Analitiklərin fikrincə, bu rəqəm Rusiya əhalisini artırmaq səyləri üçün əlverişli deyil.

Forum

XS
SM
MD
LG