Accessibility links

Rusiyanın Bryansk şəhərindəki "Transneft-Drujba" neft bazasında güclü yanğın baş verib


İnterfaks və TASS xəbər agentliklərinin Fövqəladə Hallar Nazirliyinin regional idarəsinə istinadən xəbər verdiyinə görə, Rusiyanın Bryansk şəhərinin Fokinski rayonunda "Transneft-Drujba" neft bazasında güclü yanğın baş verib.

İnterfaks agentliyinin mənbəsi Bryanskdakı "Transneft-Drujba" neft bazasından savayı başqa neft obyektində də yanğının olduğunu bildirib.

"Səhər tezdən Snejetski Valdakı neft kompleksinin ərazisində dizel yanacağı olan çən yanıb. Yanğın həcmi 10 min kub-metr olan çəni bürüyüb" deyib mənbə.

Bryanskın Fokinski rayonundakı neft bazasında gecə saat iki radələrində baş verən yanğının səbəbi hələlik məlum deyil. Artıq yanğının səviyyəsi ən yüksək kimi təyin edilib. Şəhər sakinləri partlayış səsləri eşitdiklərini bildirib.

"Kommersant" qəzetinin bildirdiyinə görə, yanğınla bağlı xəbərlər sonradan Fövqəladə Hallar Nazirliyinin səhifəsindən çıxarılıb.

XS
SM
MD
LG