Accessibility links

Çeçen yaraqlıları Soçi Olimpiadasında təxribat törətməyə hazırlaşır [Fotolar]


Kremlin dəstəklədiyi Çeçenistan prezidenti deyir ki, Rusiyanın təhlükəsizlik qüvvələri Şimali Qafqaza qayıda biləcək Suriyada döyüşən İslamçılarla mübarizə aparmaq üçün təlim keçir.

Kreml əslən Rusiyadan olan və Yaxın Şərqdə döyüşən yaraqlıların Çeçenistanda və əsasən də Rusiyanın cənub müsəlman vilayətlərində İslamçı dövlət yaratmaq istəyən üsyançılara qoşulmaq üçün geriyə dönə biləcəklərindən narahatdır.


Rəsmilərin Suriyadakı Əl-Qaida ilə əlaqəsi olan dəstələrdə 400-ə qədər rusiyalı döyüşçü olduğunu demələrinə baxmayaraq, ekspertlər bu rəqəmin daha yüksək olduğunu güman edirlər. Post-Sovet dönəmində Rusiyaya qarşı iki müharibədə iştirak etmiş veteranlardan hazırda Syriyadakı üsyançılara liderlik edənlər də var.

​“Suriyadan sonra terror hücumları və təxribatlar həyata keçirmək üçün Şimali Qafqaza gələcəkləri barədə hər gün videolarını nümayiş etdirənlər quldurlardır.” Bu sözləri Çeçenistan prezidenti Ramzan Kadırov çərşənbə günü gecə vilayətin veb-səhifəsinə yerləşdirilən çıxışında deyib.


Cənab Kadırov deyir: “Biz sakit oturub, onların hədələrinə qulaq asa və bu vəbanın Rusiyaya tərəf irəlilədiyini gözləyə bilmərik. Polis və respublikanın rəhbərliyi bunun qarşısını almaq üçün lazımi tədbirlər görməlidir”

Moskva Çeçenistanda 10 ildən çox davam edən separatçı üsyanlara qalib gəldi və İslamçı yaraqlılar Qafqazın dağlıq bölgələrə çəkilməli oldular. Hazırda onlar İnquşetiyada, Dağıstanda və Kabardin-Balkar Respublikalarında gündəlik hücumlar həyata keçirirlər.

Bütün bunlardan əlavə Rusiya hazırda 2014-cü ildə ev sahibliyi edəcəyi Soçi Qış Olimpiya Oyunlarından narahatdır. Çünki Soçi Qafqaz sıra dağlarının qərb bölgəsində yerləşir.

Rusiyada “Qafqaz Əmirlikləri” arzusunda olan, çeçen yaraqlılarının lideri Doku Umarov döyüşçüləri Olimpiadanı sabotaj etmək üçün maksimum gücdən istifadə etməyə çağırıb.

Bu narahatlıqlara səbəb, oktyabr ayında Soçi şəhərindən şimaldakı Volqaqrad şəhərində 7 nəfərin ölümü ilə nəticələnən intiharçının bomba hücumudur. 2010-cu ildə Moskbva metrosunda 40 nəfərin ölümünə və 2011-ci ildə Moskva aeroportunda 37 nəfərin ölümünə səbəb bomba hücumlarıdır.

Reputasiyası oyunların müvəffəqiyyətindən asılı olan Rusiya prezidenti Vladimir Putin yaxın günlərdə terrorla mübarizə barədə qanuna imza ataraq deyib ki, Suriyadan Rusiyaya dönən yaraqlılar ölkə üçün böyük təhlükə törədirlər. Həmin qanuna əsasən Suriyadan gəlmiş radikallara 6 il iş verilə bilər.

Habelə, yeni qanuna əsasən, terror hücumlarında iştirak edən yaraqlıların ailə üzvləri onların törətdikləri hücumlarda yetirdikləri hər bir xəsarət üçün cavabdehdirlər və maliyyə məsuliyyətləri daşıyırlar.

Çeçenistan prezidenti Ramzan Kadırov deyib ki, Suriyadan qayıdan yaraqlılar Rusiyada onları nələr gözlədiyini bilməlidirlər.

Çeçenistan hökuməti Suriyada öldürülən hər hansı çeçen ailəsinə yas mərasimini keçirməyə qadağa qoyub və yerli müsəlman dindarlara bunu dini mübarizə deyil, daxili siyasi mübarizə kimi təqdim etməyə göstəriş verib.
XS
SM
MD
LG